Məhkəmə qərarları › İş №3(007)-4598/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4598/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4598/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X25 nümayəndəsi X3 iştirakları ilə, Heydər Əliyev adına X25 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında 30 iyul 2024-cü il və 29 avqust 2024-cü il tarixlərdə Heydər Əliyev adına X25 fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X25 direktoru inzibati xəta haqqında protokol üzrə yazılı izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Heydər Əliyev adına X32 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Heydər Əliyev adına X29 ünvanlanmış Ç- BM/2624-706 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Nazirliyin 168 “Çağrı mərkəzi”nə ünvan 2 ünvanında yaşayan X4 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İD-25111 nömrəli, “X26 tikinti məqsədilə torpaq tökülüb, toz-torpaqdan şikayət edir” məzmunlu müraciətlə əlaqədar nazirliyin X15 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən ərazidə monitorinq keçirilmişdir. Keçirilmiş monitorinqin əsasında atmosfer havasına atılan zərərli toz hissəciklərini müəyyənləşdirmək məqsədilə şikayətçinin evinə 60-70 metr məsafədə BOSEAN K-600 M cihazı vasitəsilə analiz-ölçmə işləri aparılmış, nəticələrə əsasən toz hissəciklərinin miqdarının yol verilən hədd norma daxilindən artıq olduğu müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev 71A ünvanında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Bakı X25 fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan Heydər Əliyev adına X32 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt XKEMİ-nin xx.xx.2024-cü il tarixli, 002219 saylı və xx.xx.2024-cü il tarixli, 002308 saylı aktları və 24825İD və 25111İD qaynar xətt məlumatı ilə təsdiq olunur. İnzibati xətanın aşkar edilməsində tipi BOSEAN, markası K-600-M markalı, yerləşdiyi yer XKEMİ, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt xx.xx.2024, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi OMSK 08667-tarixi yoxdur, növbəti dövlət yoxlamasından keçməli olduğu vaxt xx.xx.2024 tarix. Məhkəməyə ünvanlanmış məktuba əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 86672 nömrəli, 30 iyul 2024-cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nizami rayonu, Oktay Vəliyev küçəsində aşağıdakılar aşkar edildi: idarənin 13 sentyabr 2024-cü tarixli 0249 nömrəli sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı mərkəzi”nə Bakı şəhəri Nizami rayonu-Çinar Plaza ünvanında yaşayan vətəndaş Elşən Məmmədov tərəfindən daxil olan xx.xx.2024-cü il tarixli İD.24825, ünvan 6 ünvanında yaşayan vətəndaş Sultan Hüseynov tərəfindən Nazirliyə daxil olan xx.xx.2024-cü il tarixli 3-14-25/1-1-293-3/2024 nömrəli, vətəndaş Nurlana İsgəndərovanın ünvanladığı X22 çıxan tüstünün narahatlıq yaratması ilə bağlı eyni məzmunlu müraciətlərə əsasən X26 monitorinq keçirilmişdir, ölçmə X19 Monitorinq İdarəsinin mütəxəssisləri 30 iyul 2024-cü il tarixdə səyyar mobil laboratoriyasının cihaz və avadanlıqlar vasitəsilə atmosfer havasına atılan zərərli qaz qarışıqlarını müəyyən etmək məqsədilə zavodun müxtəlif istiqamətlərində ölçmə analiz işləri aparılmış, nəticələrə əsasən zavodun şimal-qərb hissəsində, cənub hissəsində (aktda cənub hissə iki dəfə qeyd olunmaqla, həmin hissəyə aid fərqli göstəricilər əks olunmuşdur) və şərq hissəsində zərərli qazın miqdarının ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq müəyyən edilmişdir. Bildirirlər ki, xx.xx.2024-cü il tarixdə adıçəkilən qurumun əməkdaşları tərəfindən Heydər Əliyev adına X26 monitorinq aparılmamış, həmin tarixdə monitorinq aparılacağı barədə Zavoda məlumat verilməmiş və Zavodun nümayəndəsi monitorinqin aparılmasında iştirak etmək üçün dəvət olunmamışdır. Bu səbəbdən də hesab edirlər ki, ölçmə işləri nümayəndənin iştirakı olmadan aparıldığından monitorinqin nəticələrinə dair tərtib olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlarda qeyd olunan Zavod tərəfindən atmosfer havasına atılan zərərli maddələrin ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq olması barədə məlumat həqiqəti əks etdirmir. Həmin aktda ünvan 7 ünvanında yaşayan X5 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli İD 25111 nömrəli qaynar xətt xidməti vasitəsilə “X26 tikinti məqsədilə torpaq tökülüb, sakinlər toz-torpaqdan şikayət edir” məzmunlu daxil olmuş müraciət X19 Monitorinq İdarəsi əməkdaşları ilə birgə ekoloji monitorinq keçirtməklə ölçmə işləri aparılmışdır, ölçmə 60-70 metr məsafədə BOSEAN K-600 M cihazı vasitəsilə aparılmışdır. Dəm qazı CO-2.3 mg/m (norma 5,0 mg/m) təşkil etməklə ətraf mühit üçün yol verilən hədd norma daxilində, toz hissəciklərinin miqdarı PM 25-28,7 mg/m (norma 25 mg/m), PM 10-39,2 mg/m (normə 50 mg/m) təşkil edərək ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq müəyyən edilmişdir. Göründüyü kimi, Nazirliyin 168 “Çağrı mərkəzi”nə müraciət edən ünvan 2 ünvanında yaşayan X1 Emalı Zavodunda tikinti məqsədi ilə tökülmüş torpaqdan və toz-torpaqdan şikayət etmiş, həmin ünvanda 60-70 metr məsafədə BOSEAN K-600 M cihazı vasitəsilə X19 Monitorinq İdarəsi əməkdaşları ilə birgə ekoloji monitorinq keçirtməklə ölçmə işləri aparılmışdır, ölçmə zamanı atmosferdə dəm qazının CO-2.3 mg/m (norma 5,0 mg/m) təşkil etməklə ətraf mühit üçün yol verilən hədd norma daxilində olduğu, toz hissəciklərinin miqdarının PM 25-28,7 mg/m (norma 25 mg/m), PM 10-39,2 mg/m (norma 50 mg/m) ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq olduğu aktda göstərilmişdir. NEZ barəsində tərtib olunan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibatı xəta haqqında protokolda Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev kuçəsı, 71A ünvanında NEZ-in fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu göstərilmişdir. Qeyd olunan faktla bağlı X19 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinqin nəticəsində tərtib olunmuş aktda göstərilmişdir ki, həmin ünvanda keçirilən monitorinq zamanı aparılan ölçmə zamanı atmosferdə dəm qazının CO-2.3 mg/m (norma 5,0 mg/m) təşkil etməklə ətraf mühit üçün yol verilən hədd norma daxilində olduğu, toz hissəciklərinin miqdarının PM 25-28,7 mg/m (norma 25 mg/m), PM 10-39,2 mg/m (norma 50 mg/m) ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıqdır. Göründüyü kimi ölçmə nəticəsində sözügedən ünvanda havada dəm qazının miqdarının norma daxilində olduğu, toz hissəciklərinin miqdarının isə norma daxilindən artıq olduğu müəyyən olunmuşdur. Nazirliyin 168 “Çağrı mərkəzi”nə müraciət edən ünvan 10 ünvanında yaşayan X2 X26 tikinti məqsədilə tökülmüş torpaqdan və toztorpaqdan şikayətinə münasibət bildirərək qeyd edirlər ki, əvvəla həmin ünvanda NEZ tərəfindən tikinti məqsədləri üçün hər hansı torpaq tökülməmiş, əgər topaq tökülmüşsə bunun NEZ tərəfindən həyata keçirilməsi əvvəlcə sübut olunmalı idi. Bundan başqa Atmosfer havasının mühafizəsi haqqında Qanunda torpağın, eləcə də torpaq atılması nəticəsində ondan ayrılan toz hissəciklərinin zərərli maddələr kateqoriyasına aid olmasına dair hər hansı müddəa mövcud deyildir. Göründüyü kimi, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Heydər Əliyev adına X32 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Keşlə qəsəbəsi Mətləb Ağayev küçəsi 71 ünvanında yaşayan X4 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli İD 25111 nömrəli qaynar xətt xidməti vasitəsilə “X26 tikinti məqsədilə torpaq tökülüb, sakinlər toz-torpaqdan şikayət edir” məzmunlu daxil olmuş müraciətin araşdırılmasının nəticəsi olaraq tərtib olunmuşdur. Bildirir ki, vətəndaş S.Möylamovanın qeyd etdiyi ünvanda NEZ tərəfindən hər hansı tikinti işləri aparılmamış və həmin eraziyə NEZ tərəfindən torpaq tökülməmişdir. Əgər bu hal baş vermiş olsaydı şikayəti araşdıran orqan tərəfindən müvafiq tədbirlər görülməsi barədə NEZ-ə məktub ünvanlanmış olardı. Bundan başqa NEZ barəsində tərtib olunmuş aktlarda, eləcə də xx.xx.2024-cü il tarixli, MN saylı, ******* nömrəli inzibati xəta haqqında protokolda ölçmə işlərinin BOSEAN K-600 M cihazı vasitəsilə həyata keçirildiyi göstərilsə də, həmin cihazın dövlət yoxlamasından keçdiyini təsdiq edən sənəd əlavə olunmamışdır. Belə olan təqdirdə ölçmə işləri həyata keçirilən cihaz vasitəsilə əldə olunan məlumatın mötəbərliyi də şübhə doğurur. Bildirirlər ki, NEZ-in fəaliyyət istiqaməti neft məhsullarının emal olunmasından ibarətdir və NEZ öz fəaliyyətini qanunvericilyin tələbinə uyğun olaraq həyata keçirmək üçün müvafiq dövlət orqanlarından xüsusi icazə əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Agentliyinin ünvan 11 ünvanında yerləşən Heydər Əliyev adına X29 xx.xx.2021-ci il tarixli, 22/642-AAZM nömrəli “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə” sənədi verilmişdir. Həmin icazə sənədində çirkləndirici maddələrin adları, tullantıların miqdarı qeyd olunmuşdur. Bundan başqa Heydər Əliyev adına X25 fəaliyyəti ilə bağlı ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantılara görə hər ay 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında həmin İdarənin hesabına pul vəsaiti köçürülmüşdür. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Heydər Əliyev adına X32 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Sabunçu və Nizami rayonları ərazisinin sakinləri çirklənmədən narazıdırlar. Yanğın olan zaman onları X29 içəri buraxmırlar. Bir dəfə ölçmə işlərinin aparılması üçün yoxlamaya getmişlər, lakin onları içəri buraxmamışlar. 21 avqust 2024-cü il və 06 sentyabr 2024-cü il tarixlərdə rəsmi məktub yazılaraq monitorinqin aparılması və müəyyən olunmuş nəticələr barədə bildirilmiş, nümayəndələrinin araşdırmada iştirakı təklif edilmişdir. Bu məktublar elektron poçt ünvanı vasitəsilə X29 çatdırılmışdır. Hansı ki, həmin hüquqi şəxslə aralarında olan yazışmalar həmişə eyni elektron poçt vasitəsilə aparılmış, çatdırılmışdır. Heydər Əliyev adına X25 törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X25 nümayəndəsi X9 yazılı etirtazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, protokolda qeyd edilən inzibati xətanın törədilmədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Heydər Əliyev adına X25 ƏM üzrə meneceri X6 izahatında göstərmişdir ki, baxılan işlə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən onlara bir məktub daxil olmuşdur, o məktub da gec gəlmişdir. 06 sentyabr tarixli məktuba əsasən 11 sentyabra dəvət edilmişlər, lakin məktub bundan sonrakı tarixdə gəlmişdir. Nazirliyin əməkdaşı onlarla əlaqə saxlamış, məktubun birinin onlara daxil olduğunu, onun da köhnə tarixlə olduğunu bildirmişdir. Buna görə 17 sentyabr 2024-cü il tarixdə email ünvanına məktubu göndərmişlər. Bu isə protokolun tərtibində iştirakla bağlı olmuşdur. Onlar özbaşlarına gedib monitorinqin aparılmasında iştirak edə bilməzdilər. Monitorinq aparılacağı barədə məlumat onlara hər hansı formada daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X23 Monitorinq İdarəsinin əməkdaşları S.M.Quliyev, H.E.Məhərrəmov və R.Y.Rüstəmovun iştirakı ilə tərtib olunmuş 30 iyul 2024-cü il tarixli 002219 nömrəli aktın surətindən görünür ki, 30 avqust 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına X25 ətraf ərazilərində atmosfer havasının monitorinqi keçirilərkən aşağıdakılar aşkar edilmişdir: ETSN-nin “Qaynar xətt” xidmətinə daxil olan xx.xx.2024, xx.xx.2024 İD №24526, 24825 və elektron poçt ünvanına daxil olan şikayət müraciəti ilə əlaqədar X25 ətrafında (sanitar mühafizə zonası) monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı X24 nümayəndəsi sanitar mühafizə zonasının 4, nöqtəsində (koordinantlar əlavə edilir), baş mühəndis Valeh Kərimovun və mühəndis Telman İsmayılovun iştirakları ilə keçirilmişdir. Zavodun fəaliyyəti nəticəsində atmosfer havasına atılan zərərli qaz qarışıqlarının müəyyən edilməsi məqsədi ilə səyyar mobil laboratoriyasının cihaz və avadanlıqlarından istifadə olunmuşdur. Əldə olunan ölçmə işlərinin nəticələri: 1) N 40o 24o 30 03 E 49o 54o 31.71 (X31) hissəsində CO (dəm qazı) 6:5 mq/m3 (norma 5 mq/m3), SO2 (kükürd qazı) 0,7 mq/m3 (norma 0,5 mq/m3), NO2 (azot 4-oksid) 0,094 mq/m3 (norma 0,085 mq/m3), H2S (hisrogen sulfit) 0,02 mq/m3. 2) N 40o 24o 7.90 E 49o 55o (Zavodun Cənub) hissəsində CO (dəm qazı) 8,8 mq/m3 (norma 5 mq/m3 ), S2O (kükürd qazı) 0,8 mq/m3 (norma 0,5 mq/m3), H2S (hisrogen sulfit) 0,03 mq/m3 norma (0,008 mq/m3 ). 3) N 40o 24o 8.45, E 49o 55o 22.86 (Zavodun cənub) hissəsində CO (dəm qazı 8 mq/m3 (norma 5 mq/m3 ). S2O (kükürd qazı) 0,5 mq/m3 (norma 0,5 mq/m3). NO2 (azot 4-oksid) 0,090 mq/m3 (norma 0,085 mq/m3). H2S (hisrogen sulfit) 0,01 mq/m3 (norma 0,008 H2S (hisrogen sulfit) 0,02 mq/m3). 4) N 40o 24o 97.48 E 49o 55o 27.38 (Zavodun şərq) hissəsində CO (dəm qazı) 9 mq/m3 (norma 5 mq/m3). S2O (kükürd qazı) 0,9 mq/m3 (norma 0,5 mq/m3). NO2 (azot 4-oksid) 0,095 mq/m3 (norma 0,085 mq/m3). H2S (hidrogen sulfit) 0,03 mq/m3 norma (0,008 mq/m3 ). Akta monitorinq zamanı çəkilmiş fotoşəkillər və ölçmə işlərinin aparılması zamanı istifadə edilən avadanlıqların fotoşəkilləri əlavə olunmuşdur; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 18 sentyabr 2024cü il tarixli 86672 nömrəli aktın surətindən görünür ki, 13 sentyabr 2024-cü il tarixli 0249 nömrəli sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı mərkəzi”nə Bakı şəhəri Nizami rayonu-Çinar Palaza ünvanında yaşayan vətəndaş Elşən Məmmədov tərəfindən daxil olan xx.xx.2024-cü il tarixli 1D:24825; ünvan 13 ünvanında yaşayan vətəndaş Sultan Hüseynov tərəfindən Nazirliyə daxil olan xx.xx.2024-cü il tarixli 3-14-25/1-İ-293-3/2024 nömrəli; vətəndaş Nurlana İsgəndərovanın ünvanlandığı X22 çıxan tüstünün narahatlıq yaratması ilə bağlı eyni məzmunlu müraciətlərə əsasən X26 monitorinq keçirilmişdir. Ölçmə X19 Monitorinq İdarəsinin mütəxəssisləri 30 iyul 2024-cü il tarixdə səyyar mobil laboratoriyanın cihaz və avadanlıqları vasitəsi ilə atmosfer havasına atılan zərərli qaz qarışıqlarını müəyyən etmək məqsədi ilə zavodun müxtəlif istiqamətlərində ölçmə analiz işləri aparılmış, nəticələrə əsasən zərərli qazın miqdarı zavodun şimal-qərb hissəsində CO (dəm qazı)-6,5 mq/m3 (norma 5 mq/m3), SO2 (kükürd qazı) 0,7 mq/m3 (norma 0,5 mq/m3), NO2 (azot 4-oksid) 0,094 mq/m3 (norma 0,085 mq/m3 ), H2S (hisrogen sulfit) 0,02 mq/m3, norma 0,008 mq/m3, zavodun cənub hissəsində CO (dəm qazı) 8,8 mq/m3 (norma 5 mq/m3 ), S2O (kükürd qazı) 0,8 mq/m3 (norma 0,5 mq/m3 ), H2S (hisrogen sulfit) 0,03 mq/m3 norma (0,008 mq/m3 ), zavodun şərq hissəsində CO (dəm qazı) 9 mq/m3 (norma 5 mq/m3). S2O (kükürd qazı) 0,9 mq/m3 (norma 0,5 mq/m3 ). NO2 (azot 4-oksid) 0,095 mq/m3 (norma 0,085 mq/m3). H2S (hisrogen sulfit) 0,03 mq/m3 norma 0,008 mq/m3 təşkil edərək edilən göstərcilər ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq müəyyən edilmişdir. Tərtib edilmiş 0022/19 nömrəli akt, fotoşəkillər və müşayiət məktubu 8 vərəqə əlavə edilmişdir. Təkrarən ünvan 14 ünvanında yaşayan X7 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1D 25111 nömrəli qaynat xətt xidməti vasitəsilə “X26 tikinti məqsədilə torpaq tökülüb, sakinlər sakinlər toz-torpaqdan şikayət edir” məzmunla daxil olmuşdur. Şikayət X19 Monitorinq İdarəsi əməkdaşları ilə birgə ekoloji monitorinq keçirilməklə ölçmə işləri aparılmışdır. Ölçmə 60-70 metr məsafədə BOSEANK-600 M cihazı vasitəsiylə aparılmış dəm qazı CO-2,3 mq/m3 (norma 5,0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd norma daxilində, toz hissəcikləri miqdarı PM2,5-287 mq/m3 (norma 25 mq/m3) PMO-392 mq/m3 (norma 50 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Heydər Əliyev adına X32 ərazisində normadan artıq atmosferə atılan tullantılar aşkar edilmişdir. Heydər Əliyev adına X32 ünvan 15 ünvanında yerləşməklə ********** VÖEN-lə fəaliyyət göstərir. Beləliklə, Heydər Əliyev adına X32 tərəfindən X11 haqqında Qanunun 31, 32-ci maddələri, Atmosfer havasının Mühafizəsi haqqında Qanunun 12, 13, 14, 27-ci maddələrinin tələbləri pozulmuşdur. Akt 2 nüsxədən ibarət tərtib edilmiş və müvafiq sənədlər əlavə edilmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Heydər Əliyev adına X29 ünvanlanmış 17 may 2024-cü il tarixli 3-14-26/2-676/2024 nömrəli məktubunun surətindən görünür ki, Nazirliyin 168 “Çağrı mərkəzi”nə ünvan 2 ünvanında yaşayan Möyləmova Sona və Şirinova Raya tərəfindən “X26 olan qum və torpağın narahat etməsi” barədə daxil olmuş müraciətləri əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçi Möyləmova Sona və həmin ünvanda yaşayan Salayevə Vüsalə adlı vətəndaşlar yazılı olaraq izahatlarında yaşadıqları evin yaxınlığında yerləşən Heydər Əliyev adına X25 ərazisində qum və torpaq daşınması nəticəsində küləkli havada ətrafa toz-torpaq yayıldığını və bundan narahat olduqlarını qeyd etmişlər. Məsələ ilə əlaqədar əməkdaşları tərəfindən zavodun ərazisinə keçirilən baxış zamanı orada tikinti materiallarından qum, çınqıl, qırmadaş və s. olduğu aşkar olunmuşdur. Ərazidə aparılacaq hər hansı tikinti işləri zamanı ətrafa yayıla biləcək toz-torpağın qarşısının alınması məqsədilə ərazidə olan tikinti materiallarının vətəndaşların evindən uzaq məsafəyə yerləşdirilməsi barədə göstəriş verilməsi xahiş olunmuş, daxil olmuş müraciət məktubları həmin məktuba əlavə edilmişdir; Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə törədilməsi ehtimal olunan inzibati xətalara münasibətdə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Heydər Əliyev adına X32 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Heydər Əliyev adına X32 tərəfindən törədilmişdir. Bu, inzibati araşdırma orqanına daxil olmuş müraciət və şikayətlər əsasında aparılmış yoxlama zamanı tərtib olunmuş 30 iyul 2024-cü il və 18 sentyabr 2024-cü tarixli aktlar, monitorinqlərin həyata keçirilməsi və ölçmələr zamanı istifadə olunmuş avadanlıqların göstəricilərini özündə əks etdirən fotogörüntülər və ərazinin fotogörüntüləri, toplanmış digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə hüquqi şəxs Heydər Əliyev adına X30 təmsil edən şəxslərin hazırda irəli sürdükləri dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediarındə dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırkı halda, müvafiq fiziki şəxslərin ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq qaydada daxil olmuş müraciətləri qəbul olunaraq icrası aidiyyəti üzrə həvalə edilmişdir. Müraciətlərin yerində yoxlanılması zamanı isə məlumatların həqiqiliyi, inzibati xətaların əlamətlərinin, yəni ətraf mühitə, atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmiş və inzibati araşdırma başlanılmışdır. Ölçü işləri isə sertifikatı olan ölçmə vasitələri ilə həyata keçirilmişdir. Ümumilikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslər tərəfindən irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur, hüquqi şəxsi məsuliyyətdən yayındırmağa xidmət edir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Heydər Əliyev adına X32 tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və törədilən xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X25 əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hüquqi şəxs Heydər Əliyev adına X25 barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Heydər Əliyev adına X32 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 11000 (on bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar