Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4632/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5401/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Şəxs və X2 müştərək qaydada 13263,12 ABŞ dolları əsas borc, 692,78 ABŞ dolları faiz borcu, 73,88 ABŞ dolları penya, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 14029,78 ABŞ dolları məbləğindı borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat borc pul Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2587/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs və X2 müştərək qaydada 1292,55 manat əsas boc, 110,76 manat faiz borcu olmaqla ümumilikdə 1403, 31 manat borc pul, 11 manat notarius xərci və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat pul Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulmalıdır. Lakin borclu Şəxs icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də, borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X6 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində Nizami rayon İcra Şöbəsində 2 icra sənədi mövcuddur. İcra vərəqələrinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirmir. Borclu tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin borclu hazırda axtarış nəticəsində tutulmuş, izahatı alınmış, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirdi ki, borclunun hazırkı vaxtda banka 11559,66 ABŞ dolları əsas borc, 692,78 ABŞ dolları faiz borcu, 73,88 ABŞ dolları penya borcu qalmışdır. Borclunun özü tərəfindən banka ümumiyyətlə ödəniş edilməmişdir. Yalnız bir dəfə - xx.xx.2024-cü il tarixdə məhkəmənin qərarı ilə ona məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, bununla əlaqədar olaraq borclu tərəfindən yox, həmin nəqliyyat vasitəsini faktiki idarə edən şəxs tərəfindən banka 1530 ABŞ dolları məbləğində öədniş olunmuşdur. Hal-hazırda borclu borcun ödənilməsindən yayınır, uzun müddət keçməsinə baxmayaraq, məhkəmənin icra sənədləri icra edilmir, bu hal bankın mənafelərinə ciddi xələl gətirir. Borclu borcundan hazırda 300 manat ödəniş etsə də, onun banka olan borcunun məbləği yüksəkdir, həmçinin borclu 10 ildən artıq müddət keçməsinə baxmayaraq borcundan heç bir ödəniş etməmiş, yalnız hazırda iş məhkəmədə olarkən inzibati məsuliyyətdən yayınmaq fikri ilə bu ödənişi etmişdir. Həmçinin borclu barəsində axtarış elan edilmiş, o, axtarışla tutulmuş, məhkəməyə təqdim olunmuşdur. Bütün bunları nəzərə alaraq, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, onun nəqliyyat vasitəsinə həbs qoyulduqdan sonra banka olan borcundan 4000 manata yaxın ödəniş etmişdir. Bu günkü gündə də banka borcundan 300 manat ödəniş etmişdir. Hazırda işsizdir, 1 il olar ki, işdən çıxarılmış, başqa iş tapa bilməmiş, bu səbəbdən borcundan ödəniş edə bilməmişdir. Qalan borcunu da bundan sonra aybaay 100 manat olmaqla ödəniş edəcəkdir. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında bildirdi ki, hazırda borcunu tam ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5401/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Şəxs və X2 müştərək qaydada 13263,12 ABŞ dolları əsas borc, 692,78 ABŞ dolları faiz borcu, 73,88 ABŞ dolları penya, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 14029,78 ABŞ dolları məbləğindı borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat borc pul Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Elçin Seyidov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2587/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs və X2 müştərək qaydada 1292,55 manat əsas boc, 110,76 manat faiz borcu olmaqla ümumilikdə 1403, 31 manat borc pul, 11 manat notarius xərci və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat pul Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Elçin Seyidov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuş, bildiriş xx.xx.2016-cı ildə borclu tərəfindən alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı” haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin müəyyən məbləğdə ödəniş etməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 04 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 44 manat əmək haqqı müdafiəçi Vəkil dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 44 (qırx dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4632/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4632/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver