Məhkəmə qərarları › İş №3(007)-4645/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4645/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4645/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi ilə, X1 İXP5640731 nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində AR DİN Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5640731 nömrəli inzibati xəta haqqında protokolun qismən ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət və təqdim edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də şikayət geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə barəsində şikayət verilmiş İXP5640731 saylı inzibati xəta haqqında protokol Bakı şəhər DYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tərtib olunmuşdur. X5 həmin protokoldan şikayət verərək avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmadığını, protokolun qanunsuz tərtib olunduğunu bildirərək sözügedən protokolun qismən ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 333.1-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aiddir. İXM-nin 329.1-ci baxılması isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda sözügedən protokol əsasında İXM-nin 333.1-ci maddəsi ilə qəbul edilmiş məhkəmə qərarı olmalı, şikayətçi isə həmin qərardan narazı qaldığı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə apellyasiya şikayəti verməlidir. Həmçinin sözügedən protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İXM-nin 329.1-ci maddəsi ilə qərar qəbul edilməmiş, qəbul edildiyi halda isə qərarın surəti iş materiallarına əlavə edilməmiş, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə sənədlər natamam olduğundan şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qərar mövcud olduğu halda qərarın surətinin alınması üçün şikayətçinin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarın surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Şikayətçi özü qərarın surətinin alınması üçün həmin səlahiyyətli orqana müraciət etməli, qərarın surətini aldıqdan sonra, məhkəməyə həmin qərardan şikayət verə bilər. Əgər səlahiyyətli orqan qərarın surətinin şikayətçiyə verilməsindən imtina edərsə, şikayətçi yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest İXM-nin 128.2.1-ci maddəsinə əsasən hakmin qərarından apellyasiya instansiyasına, 128.2.2-ci maddəsinə əsasən kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdə barəsində şikayət verilən protokol əsaında qəbul edilmiş qərar mövcud olmadığından, ümumiyyətlə şikayət düzgün qaydada verilmədiyindən, sənədlər natamam olduğundan şikayət geri qaytarılmalı, şikayətçiyə qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqları aradan qaldırıldıqdan sonra yenidən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən şikayət verilə bilər. Qərardaddan şikayət və ya prosest verilə bilməz. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar