Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-466/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X2 barəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB tərəfindən qəbul edilmiş 02 fevral 2022-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Daxil olmuş şikayətdən və sənədlərdən görünür ki, X4 Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB tərəfindən qəbul edilmiş 02 fevral 2022-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Şikayət və sənədlərdən görünür ki, X4 Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən X1 törətmiş olduğu inzibati xətaya görə barəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB tərəfindən qəbul olunmuş 02 fevral 2022-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı, şikayət verərək mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət sənədlərlə birlikdə X3 geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 barəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB tərəfindən qəbul edilmiş 02 fevral 2022-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət və sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-466/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-466/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver