Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4666/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsimdə inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonunun Yenikənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 74-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 31 avqust 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən X7 mərkəzində sürücü işləyən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə paletləri üst-üstə yığmaq istəyərkən əlində olan 2 paletdən üstdə yerləşən paletin sürüşərək burnuna dəyməsi nəticəsində xəsarət alması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən rayon prokurorluğunun müstəntiqi Cavad Kürəbəyov tərəfindən 13 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən X7 Mərkəzində üzərinə ərzaq və qida məhsulları yığan paletlərin bir yerə yığılması işinin aparılmasına nəzarət edən, işəgötürən Şəxs tərəfindən Mərkəzdə sürücü işləyən Zərərçəkmiş şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmadan və bilikləri yoxlanılmadan əmək funksiyasının icrasına başlamasına yol verdiyinə görə sonuncu üst-üstə götürdüyü 2 paletdən üstdə olan paletin sürüşərək burnuna dəyməsi nəticəsində burun qanaxması ilə müşayiət olunan burun belinin əzilmiş çapılmış yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən, X7 mərkəzində nəzarətçi işləyən Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan X7 mərkəzində sürücü işləyən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X3 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən X7 Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mərkəz qida və ərzaq mallarının topdan satışı ilə məşğul olur, Zərərçəkmiş şəxs mərkəzdə sürücü işləyir. Sürücü kimi onun vəzifəsi təhkim olunmuş “Ford Transit” markalı **-ON-*** markalı avtomobillə anbardan çıxan ərzaq və qida məhsullarını aidiyyəti üzrə çatdırmaqdan ibarətdir. Ərzaq və qida məhsuları topdan satış mərkəzinin işçiləri tərəfindən avtomaşına yüklənir. Satış Mərkəzində satıcılar, sürücülər və fəhlələr işləyir, tərəfindən işçilərə gündəlik texniki istismarı və texniki təhlükəsizliyi qaydaları, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi barədə təlimatlar onlara şifahi elan edilir. 26 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində Şahmar Hüseyov işə gəlmiş, səhər saatlarında təhkim olunmuş avtomobil vasitəsi ilə fəhlələr tərəfindən yüklənmiş ərzaq və qida mallarını aidiyyəti müştərilərə təhvil verdikdən sonra mərkəzə qayıtmışdır. Həmin gün saat təxminən 18:00 radələrində Şahmar topdan satış mərkəzində yerləşən anbarın kənarında işçilərin malların üzərinə qoyulan paletləri yığmalarını görmüş və həmin şəxslərə köməklik göstərmək üçün oraya getmişdir. Həmin yerdə fəhlələr tərəfindən ərzaiyə səpələnmiş boş paletlər üst-üstə yığılmışdır, Şahmar da ərazidə olan 2 ədəd paleti üst-üstə qoyaraq birdəfəlik götürmüş və yaxınlıqda üst-üstə yığılmış paletin üzərinə qoymaq istəmişdir. Həmin vaxt onun əlində olan 2 paletdən üstdə yerləşən palet sürüşərək Şahmarın burnuna dəymişdir. Şahmarın burnu qanadığı üçün onu X6 aparmış, orada Şahmara ilkin tibbi yardım göstərildikdən sonra evinə buraxılmışdır. Hadisə baş verən zaman yalnız Şahmar xəsarət almışdır, hadisə Şahmarın özünün ehtiyyatsız davranması səbəbindən baş vermişdir. Mərkəzdə işlərin görülməsinə nəzarət onun tərəfindən həyata keçirilsə də Şahmarın bu işi görməsindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəmiş və barışıq əldə etmişlər. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “X7 Mərkəzi”ndə sürücü işləyir və onunla əmək müqaviləsi bağlanmışdır. İş yerində gündəlik texniki istismar və texniki təhlükəsizlik qaydaları, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi barədə təlimatlar elan edilmiş, bununla bağlı təlimatlara tərəflərindən imza edilmişdir. Təlimatlar mərkəzin ümumi nəzarətçisi Şəxs tərəfindən elan edilmişdir. 26 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində işə getmiş, səhər saatlarında ona təhkim olunmuş avtomobil vasitəsi ilə fəhlələr Ənvər, Qorxmaz və Elvin tərəfindən yüklənmiş ərzaq və qida mallarını aidiyyəti müştərilərə təhvil verdikdən sonra mərkəzə qayıtmışdır. Həmin gün saat təxminən 18:00 radələrində o, topdan satış mərkəzində yerləşən anbarın kənarında adlarını qeyd etdiyi işçilər tərəfindən malların üzərinə qoyulan paletlərin yığılmasını görmüş və onlara köməklik göstərmək üçün həmin yerə getmişdir. O, 2 ədəd paleti üst-üstə qoyaraq birdəfəlik götürmüş və yaxınlıqda üstüstə yığılmış paletlərin üzərinə qoymaq istəmişdir. Paletləri yuxarı qaldırıb qoymaq istəyərkən əlində olan 2 paletdən üstdə yerləşən palet sürüşərək onun burnuna dəymiş və burnu qanamağa başlamışdır. Yaxınlıqda olan fəhlə Elvin onu görərək köməklik göstərmiş və ümumi nəzarətçi Habilə məlumat vermişdir. Onun öz işində fərdi mühafizə vasitələrinə ehtiyyac olmadığından həmin vaxt ona hər hansı fərdi mühafizə vasitəsi verilməmişdir. Hadisə onun ehtiyyatsız davranmağı səbəbindən baş vermişdir. Amma mərkəzdə fəhlələr tərəfindən işlərin görülməsinə nəzarət Şəxs tərəfindən həyata keçirilmişdir. Şəxs ona maddi köməklik göstərmişdir, barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən X7 Mərkəzində sürücü işləyən Zərərçəkmiş şəxs 26 iyun 2023-cü il tarixdə paletləri üst-üstə yığmaq istəyərkən əlində olan 2 paletdən üstdə yerləşən paletin sürüşərək burnuna dəyməsi nəticəsində xəsarət alması faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı 22 iyul 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən X7 Mərkəzinin həyətidir. Qeyd edilən mərkəzin həyətinə paletlərin üzərinə yığılmış çoxsaylı müxtəlif firmalara məxsus içkilər yığılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs həyətdə zibillər yığılan yeri göstərib 2 ədəd paleti üst-üstə qoyaraq birdəfəlik götürdüyünü, yaxınlıqda üst-üstə yığılmış paletin üzərinə qoymaq istədiyini, həmin vaxt əlində olan 2 paletdən üstdə yerləşən paletin sürüşərək onun burnuna dəydiyini bildirmişdir. Məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli 655 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs burun qanaxması ilə müşayiət olunan burun belinin əzilmiş çapılmış yarası olmuşdur, yəni 26 iyun 2023-cü il tarixdə baş vermiş hadisə zamanı alınması mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 avqust 2023-cü il tarixli 10/5680 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə”nin 6-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. X7 Mərkəzində sürücü işləyən Zərərçəkmiş şəxs taxta paletləri üst-üstə yığan zaman öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. X7 Mərkəzində sürücü işləyən X2 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmadığına və bilikləri yoxlanılmadan əmək funksiyasının icrasına başlamasına yol verildiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə”nin 6-cı bəndinin tələbləri X7 Mərkəzində işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Bununla da, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 26 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən X7 Mərkəzində sürücü işləyən Zərərçəkmiş şəxs mərkəzin həyətində üzərinə ərzaq və qida məhsuları yığılan paletlərin bir yerə yığılması işinin aparılması zamanı işlərin aparılmasına nəzarət edən, işəgötürən Şəxs tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmadığına və bilikləri yoxlanılmadan əmək funksiyasının icrasına başlamasına yol verildiyinə görə öz fərdi təhlükəsizliyini qorumaması səbəbindən üst-üstə götürdüyü 2 paletdən üstdə olan paletin sürüşərək burnuna dəyməsi nəticəsində burun qanaxması ilə müşayiət olunan burun belinin əzilmiş çapılmış yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarət almışdır. Həmin fakt üzrə aparılmış araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkib əlamətlərinin olmadığı, əməyin təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyinə əsasən X7 Mərkəzində sürücü işləyən X2 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmadığına və bilikləri yoxlanılmadan əmək funksiyasının icrasına başlamasına yol verildiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin, yoxlanılması haqqında nümunəvi Əsasnamə”nin 6-ci bəndinin tələbləri X7 Mərkəzində işlərə rəhbərlik edən şəxs, yəni işəgötürən Şəxs tərəfindən pozulduğu qənaətinə gəlinmişdir. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 Mərkəzində işlərə rəhbərlik edən şəxs, yəni işəgötürən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4666/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4666/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver