Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4691/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X8 iclas katibliyi, şikayətçi – X4 və qərarından şikayət verilən orqanın nümayəndəsi – Bakı şəhər Nizami RPİ-nin X14 Şöbəsinin YPX inspektoru X5 iştirakları ilə, X4 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərara əsasən X9 İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin 26 09.2025-ci il tarixli TP ******* saylı saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsmin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində idarə etdiyi 99EF880 dövlət qeydiyyat nişanlı Kia Sorento minik markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman YPX-nın əməkdaşları tərəfindən saxlanılmışdır. YPX-nın əməkdaşı ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o isə cavabında içki içmədiyini bildirmişdir. Daha sonra ona “Temudan” aldığı xüsusi texniki vasitə ilə spirtli içki içib-içmədiyini yoxlayacağını bildirmiş, o da razılaşmışdır. Texniki vasitəyə üfürdükdən sonra ona spirtli içki qəbul etdiyini bildirərək nəqliyyat vasitəsindən onu məcbur kənarlaşdırmışdır. O, nə qədər etiraz bildirsə də, onu İXM-nin 535-ci maddəsi ilə həbs etdirəcəyi ilə hədələyərək sənədlərə qol çəkdirdikdən sonra maşınını duracağa yerləşdirmişdir. Dərhal həkimə gedərək ayıq vəziyyətdə olmağı ilə bağlı həkim arayışı almışdır. Bundan sonra polis şöbəsinə gedərək bu məsələnin yoluna qoyulmasını, protokolun silinməsini tələb etmişdir. Həmin zaman yol polis şöbəsində ənənəvi “DYP söhbətləri” baş vermiş, onların istəkləri ilə razılaşmamış, bundan sonra ona cərimə yazılacağını, ya da işinin məhkəməyə göndəriləcəyi bildirilmişdir. Lakin bir gün sonra yenə Nizami rayon DYPŞ-yə gedərək protokolun surətini almaq üçün müraciət etdikdə artıq cərimə haqqında qərar qəbul edildiyini ona bildirib həmin protokol və qərarın surətini onlardan əldə etmişdir. Nizami rayon DYPŞ-nin əməkdaşlarının TEMU-dan aldıqları texniki vasitə ilə onun sərxoş vəziyyətdə olmasına dair qənaətləri əsassızdır. Həmçinin həmin TEMU-dan alınmış texniki vasitənin sertifikasiyadan keçməsinə dair sənədlər qaydasında deyil, hətta TEMU-dan alınmış texniki vasitələrin kallibrovka sənədinin olması heç də inandırıcı görünmür. Beləliklə də, Nizami rayon DYPŞ-nin əməkdaşları öz səlahiyyətlərini aşaraq ona təzyiq göstərərək, aldatma üsulu ilə barəsində qanunsuz qərar qəbul etmişlər. Bu qərarın qanunsuzluğu YPX tərəfindən saxlandıqdan 1 saat sonra həkim sənədi ilə də təsdiq edılır. Məhkəmə iclası zamanı TEMU-dan alınmış xüsusi texniki vasitə, orıun idxal sənədləri tədqiq edilməli və eləcə də onun barəsində protokol yazmış Nizami Rayon DYPS-nin əməkdaşı Cəbravillı llqar Çingiz oğlu məhkəmə iclazı zamanı şahid qismində dindirilməli və obyektiv həqiqə məhkəmə tərəfindən araşdırılmalıdır. Azərbavcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təasirli bilinərək barəsində 400 (dörd yüz) manat cərimə tənbeh tədbiri tətb edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, izahatı özü yazmışdır, lakin ona psixoloji təsir olduğu üçün o cür izahat yazmışdır. Qərarından şikayət verilən Bakı şəhər Nizami RPİ-nin X14 Şöbəsinin YPX inspektoru X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 09:15 radələrində idarə etdiyi “Kia Sorento” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dönmə işığından istifadə etmədiyi üçün saxlanılmış, onun içkili olduğuna şübhə yarandığı üçün müayinəyə dəvət edilmiş, alkotester vasitəsi ilə yoxlanılmış və içkili olduğu müəyyən olunmuşdur. Sürücü özü də səmimi olaraq spirtli içki qəbul etdiyini etiraf etmiş, bu barədə izahat yazmış, bir bakal pivə içdiyini bildirmişdir. Həmçinin sürücü həkim müayinəsinə dəvət olunmuş, lakin onlarla birlikdə həkim müayinəsinə getməkdən imtina etmiş, daha sonra bir neçə saat keçdikdən sonra özü müstəqil şəkildə həkim müayinəsindən keçmişdir. Həmin saatlar ərzində sürücü adi su içsə belə həmin promilin miqdarı aşağı düşə bilər. Əlavə olaraq, həm protokola, həm qərara da sürücü imza edərək protokolla, qərarla razı olduğunu barədə qeyd aparmışdır. Göstərilənləri nəzərə alaraq, şikayəin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokola əsasən X3 Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X4 müstəqil şəkildə müayinədən keçdiyi xx.xx.2025-ci il tarixdə, saat 13:00-da tərtib edilmiş 1/10229 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən onun ayıq olduğu müəyyən edilmişdir. Protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan yuxarıda qeyd olunan protokol və qərarın surətindən görünür ki, X2 protokol və qərarla razı olduğunu, cəriməni banka ödəyəcəyi barədə qeyd aparmış, imza etmişdir. Həmçinin protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan və iş materiallarına əlavə edilmiş X4 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, spirtli içki qəbul etdiyini səmimi etiraf etmiş, həkim müayinəsinə ehtiyac olmadığını və alkotestrin nəticəsi ilə razı olduğunu bildirmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 09:15-də Bakı şəhəri, Mehdi Abbasov küçəsində “Kia Sorento” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, bundan başqa dönmə işığından istifadə etməməklə həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokol, qərar, izahata əsasən X4 həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin məhkəmə şikayətçinin hadisə baş verdikdən bir neçə saat sonra tibbi müayinədən keçdiyini nəzərə alaraq, barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, 1/10229 saylı, saat 13:00-da aparılmış tibbi müayinə aktını sübut qismində qəbul etmir. Bu səbəbdən X9 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4691/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4691/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver