Məhkəmə qərarları › İş №3(007)-4696/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4696/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4696/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, şikayətçi – X7 və qərarından şikayət verilən orqanın nümayəndəsi - Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X15 Şöbəsinin YPX inspektrou, polis kapitanı X3 iştirakları ilə, X7 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X15 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X15 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X9 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasnda şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi “Opel” markalı, ** DO *** dövlət nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o, ora məhəllədən əsas yola, yəni O.Vəliyev küçəsinə çıxarkən həm soldan, həm sağdan gələn sürücülər ona yol vermiş, o da yola çıxmışdır. Qarşıdan gələn “Toyota Camry” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşın qadağan olunmuş düz xətti pozaraq əks istiqamətə çıxmış, onun avtomobilinə çırpılmışdır. Hadisə yerinə gələn və protokolu tərtib edən yol polis əməkdaşı, polis kapitanı Malik Manafov obyektiv araşdırma aparmadan günahı əsassız olaraq onun üzərinə qoymuş və barəsində protokol tərtib edərək İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət müəyyən etmişdir. Qarşı tərəf sürücünün polis əməkdaşı olması, hadisəinin məhz onun qayda pozuntusu nəticəsində baş verməsi faktı nəzərə alınmamışdır. Qeyd olunanlara əsaslanaraq, 26 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi - Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X15 Şöbəsinin YPX inspektrou, polis kapitanı X6 bildirdi ki, inzibati xəta haqqında protokol onun tərəfindən tərtib olunmuşdur. Şikayətçinin şikayəti əsassızdır, qərar qanuni və əsaslıdır. Sürücü tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Belə ki, digər nəqliyyat vasitələri şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinə yol vermiş olsaydı belə, o, yolun tamamilə boş olduğuna əmin olduqdan sonra manevr əməliyyatını etməli idi. Bunu nəzərə alaraq, şikayətin rədd edilərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X15 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X9 xx.xx.2025-ci il tarixdə, saat 18:10-da idarə etdiyi **-DO-*** dövlət qeydiyyat nişanlı “Opel” minik markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, M.S.ünvan 1 ünvanında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyindən İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş X8 Sxemindən görünür ki, ikinci dərəcəli yolla hərəkət edən **-DO-*** dövlət qeydiyyat nişanlı, “Opel” minik markalı nəqliyyat vasitəsi baş yolla hərəkət edən və yolayrıcına yaxınlaşan **-DG-*** dövlət nömrə nişanlı, “Toyota Camry” minik markalı nəqliyyat vasitəsinə yol vermədən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 9-cu hissəsinə əsasən baş yol – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40cı hissəsinə əsasən üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 18:10-da Bakı şəhəri, M.S.ünvan 1 ünvanında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, qəza şəraiti yaratmışdır. Belə ki, X9 digər nəqliyyat vasitəsi ona yol vermiş olsa belə, yolayrıcında baş yolla yolayrıcına yaxınlaşan digər nəqliyyat vasitəsinə - “Toyota Camry” minik markalı, **-DG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yol verməli idi. X4 mövcud yol hərəkəti qanunvericiliyinin yuxarıda göstərilən tələblərini pozmuş, qəza şəraiti yaratmış, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Bu səbəbdən X9 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon X15 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar