Məhkəmə qərarları › İş №3(007)-4715/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4715/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4715/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o, əvvəllər barəsində olan inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı cərimə protokolunu qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X3 idarəsinin 25 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 06 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 06 may 2024-cü il tarixdə saat 20:30-da ünvan 2 ünvanında "VAZ 21723 minik” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə” Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində rətib edlmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı şəhər Baş Polis İdarəsinin X3 idarəsinin 25 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 150 manat cərimə tənbeh növü tətbiq edilmiş, həmin qərardan tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilərək inzibati tənbeh bermə haqqında qərar ləğv edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəməyə daxil olmuş protokol üzrə inzibati xəta haqqında işə baxılması zamanı məhkəmə tərəfindən araşdırılma aparılaraq müəyyən edilmişdir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı cərimə protokolunu qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə onun barəsində İXMin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir. Eyni zamanda, Bakı şəhər Baş Polis İdarəsinin X3 idarəsinin 25 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 06 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 06 may 2024-cü il tarixdə saat 20:30-da ünvan 2 ünvanında "VAZ 21723 minik” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə” Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Şəxs tərəfindən qeyd olunan qərardan şikayət verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilərək Bakı şəhər Baş Polis İdarəsinin X3 idarəsinin 25 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Hazırda Məhkəmənin qərarı qüvvədədir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar