Məhkəmə qərarları › İş №3(007)-4723/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4723/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4723/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi, X1, qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İsarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, 6 avqust 2023-cü il tarixdə saat 14:39-da Əli Vəliyev küçəsi 29 ünvanında ona məxsus **-LH-*** dövlət nömrə nişanlı VAZ21214 markalı minik avtomobilini idarə edərkən, 99YP347 DNN-li YPX tərəfindən saxla əmrinə əsasən saxlanmış və Bakı şəhəri DYPİ Yol Patrul xidməti baş inspektoru polis kapitanı X7 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. X4 Məcəlləsnin 342.2.4 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokolun tərtib olunmasına etiraz edərək bildirmişdir ki, 342.2.4cü maddə nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi halına görə cəzadır, onun avtomobilimdə isə yalnız arxa ban şüşədə pərdə var. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 29 avqust 2023-cii il tarixində BPİ-də baxılsa da protokol qüvvədə saxlanılmışdır .Qeyd edilən halları və faktları nəzərə alaraq hesab edir ki, barəsində çıxarılan qərar tamamilə qanunsuzdur. Məhz bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini məhkənədən xahiş etdmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, AR-sı Nazirlər Kabinetinin 2023-cü il tarixli 21 yanvar 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydasının 3.2.1-ci bəndinə əsasən minik avtomobillərində yalnız plyonka və ya jalüz quraşdırılmasına icazə verilir. Vətəndaşın idarə etdiyi 90 LH222 Dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı minik avtomobilinin arxa şüşlərinə isə pərdə quraşdırılmışdır. Qeyd olunan səbəbdən vətəndaşın əməlində İXM-nin 342.2.4-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri X12 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2023-cüs il tarixdə saat 14:39 radələrində “VAZ 21214” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının yaxınlığında hərəkət edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkmişdir. Bu səbəbdən 342.2.4-cü maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında çıxarılmışdır. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həminin qeyd olunmalıdır ki, AR-sı Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 3.2.1-ci bəndinə əsasən minik avtomobillərində plyonka və ya jalüz quraşdırılmasına icazə verildiyi halda, vətəndaş tərəfindən idarə etdiyi 90 LH222 Dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı minik avtomobilinin arxa şüşlərinə pərdə quraşdırılmışdır. Bununla da X6 tərəfindən İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri X12 İdarəsinin İXP5600111 saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar