Məhkəmə qərarları › İş №3(007)-4723/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4723/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4723/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24060082 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24060082 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək şikayətindən imtina etdiyini bildirmiş və geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24060082 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar