Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4726/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, X19 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin böyük prokuroru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə qərar və inzibati xəta haqqında material məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanması barədə qərarda qeyd edilir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi olmadan əcnəbi işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin böyük prokuroru X8 bildirdi ki, Şəxs MMC-nin direktoru X9 tərəfindən Gürcüstan Respublikasının vətəndaşı X10 xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi olmadan işə cəlb edilmişdir. Qeyd olunanlar şəxsin özünün və X4 izahatları, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsi bildirişi, əmək müüqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə imzalanmış əmək müqaviləsi bildirişi, Azərbaycan Respublikası Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlərlə təsdiq edilir. X5 iş icasəsinin alınmaması onun Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olması ilə əlaqələndirilsə də, Miqrasiya Məcəlləsinin 64.0.14-cü maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə iş icazəsinin alınması tələb olunmur ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun. Lakin müəyyən edilmişdir ki, X5 nikahda olduğu vətəndaş X7 qeydiyyatda olduğu ünvan 1 ünvanında faktiki olaraq hal-hazırda yaşamır. Buna görə də Şəxs MMC tərəfindən İXM-in 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X9 bildirdi ki, direktoru olduğu hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına səbəb Gürcüstan Respublikası vətəndaşı Gajiev Ganbarın cəmiyyətdə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olması olmuşdur. Bununla bağlı X12 Respublikası vətəndaşı olsa da, o, Azərbaycan Respublikasının vətəndaşı X7 ilə xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olmuş, eyni zamanda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi almışdır. X7 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.14-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda iş icazəsinin alınması tələb olunmur. Cəmiyyət haqqında inzibati protokol tərtib edilərkən qeyd olunan halları izahatlarında qeyd etsələr də, Baş prokurorluq tərəfindən buna əhəmiyyət verilməmişdir. İşin hallarından göründüyü kimi Gajıev Ganbarin Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olması üçün icazə tələb olunmur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan AZ-İİ 282405 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Gajıev Ganbar və X3 xx.xx.2018-ci il tarixdə rəsmi surətdə nikaha daxil olmuşlar. İş materiallarında olan MYİ ******* seriyalı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Gürcüstan Respublikası vətəndaşı Ganbar Gajıevə xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 64.0.14-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda iş icazəsinin alınması tələb olunmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləlikə, Şəxs MMC tərəfindən müvafiq iş icazəsi olmadan əmək fəaliyyətinə cəlb edildiyi iddia edilən Gürcüstan Respublikasının vətəndaşı Gajıev Ganbar Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi qaydada nikahdadır, nikahda olduğu Azərbaycan Respublikasının vətəndaşı isə ünvan 2 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən həmin ünvanda da yaşayır. Beləliklə vətəndaş X6 yaşayış yeri üzrə qeydiyyatdadır. Belə olan halda Miqrasiya Məcəlləsinin 64.0.14-cü maddəsinə əsasən əsasən Gajıev Ganbar üçün iş icazəsinin alınması tələb olunmur. Həmçinin AR Baş Prokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş X1 Səbail rayonu, Arif İsmayılov küçəsi 37 ünvanında yaşamaması ilə bağlı 149 saylı mənzil-kommunal istismar idarəsi tərəfindən təqdim edilmiş arayışa münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Bununla da qeyd olunan əməldə İXM-nin 578.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4726/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4726/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver