Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4742/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidmətinin inspektoru X1 iştirakı ilə, X2 xx.xx.2024-cü il tarixli elektron qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xx.xx.2024-cü il tarixli elektron qərardan şikayətlə məhkəməyə müraciət edərək 60 manat və 2 bal miqdarında cərimənin ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, cərimənin BDYP mərkəzi informasiya sistemdən silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, X2 istifadəsiniin olan “Mercedes Benz 220D” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən binanın arxa tərəfində park etdiyi zaman Bakı şəhəri Nizami RPİ DYPŞ-nə məxsus **-YP- *** dövlət qeydiyyat nişanlı avtomobilin ekipajı tərəfindən xx.xx.2024-cü il tarixli 10.33 radələrdə EQ 23998610 saylı inzibati tənbeh vermə haqqında qərarla 60 manat və 2 cərimə balı tətbiq edilmişdir. Həmin ünvanda yaşayan sakinlər avtomobilləri park etmiş və bütün qonşulara cərimə yazılmışdır. Tətbiq edilən cərimə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Dövlət şəhərsalma norma və qaydalarına müvafiq olaraq yerli əhəmiyyətli küçə və yollarda yaşayış tikililəri ərazisində olan küçələr üçün səkinin piyada hissəsinin eni 1.5 m olaraq göstərilmişdir. Avtomobili park etdiyi yerdə piyadaların sərbəst hərəkət etmələri üçün 2 m yaxın yer vardır. Həmin yerin genişlik məsafəsi 9 m, avtomobilin uzunluğu isə 4.89 m-dir. İnsanların gediş-gəlişi üçün kifayət qədər yer mövcuddur. Səki və velosiped cığırları keçidlərin səviyyəsindən 15 sm yuxarı salınmalıdır. Fotolardan göründüyü kimi hündürlük 3-5 sm təşkil edir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X3 məhkəmədə çıxış edərək verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən sürücünü qeyd olunan inizabti xətanı törətməsi öz təsdiqini tapır. Parklama üçün Kamil Balakişiyev küçəsində 1 sıra boyunca nəqliyyat vasitəsinin saxlanılmasına icazə verilir. Lakin vətəndaş parklanma üçün nəzərdə tutulmayan səkidə nəqliyyat vasitəsini saxlamışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli EQ 23998610 saylı qərardan görünür ki, ünvan 3 ünvanında xx.xx.2024-cü il tarixdə saat 10:33 radələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə, “Mercedes Benz E220d” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X4 tərəfindən dayanma qaydalarının pozulması işdə olan fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, sürücü X6 Qanunun 52-ci maddəsinin İV bəndinin 9-cu yarımbəndinin tələblərini pozmuş, nəqliyyat vasitəsini səkidə saxlamışdır. X6 Qanunun 52-ci maddəsinin İV bəndinin 9-cu yarım bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Halbuki, qanunun tələblərinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yolçiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X4 dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4in xx.xx.2024-cü il tarixli EQ 23998610 saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4742/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4742/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver