Məhkəmə qərarları › İş №3(007)-4759/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4759/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4759/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri 23 saylı Notariat ofisinin 8İ-13906 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 3900 manat əsas borc, 500 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat olmaqla, ümumilikdə 4425 manat borc pul X2 xeyrinə tutulmalıdır. Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-8002 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 11689,57 manat əsas boc və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat olmaqla, ümumilikdə 11714,57 manat borc pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-10748 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 3385,07 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat olmaqla, ümumilikdə 3410.07 manat borc pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Lakin borclu Şəxs icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək borclu borcundan heç bir ödəniş etməmişdir. Beləliklə də, borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin böyük icra məmuru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X9 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində Nizami rayon İcra Şöbəsində 3 icra sənədi mövcuddur. İcra vərəqələrinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirmir. Borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. Bu vaxta kimi borclu tərəfindən hər hansı bir ödəniş edilməmişdir. X1 borcun tam şəkildə ödənilməsini tələb edir. İcra sənədlərinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borcluya məxsus bank hesablarında vəsaiti, daşınar və ya daşınmaz əmlakı, yəni borclunun tutmanın yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Həmçinin borclu axtarış nəticəsində tutulmuş, izahatı alınmış, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, borclunun borcundan məlumatı vardır. Dəfələrlə ona zəng etsə də, mesaj göndərsə də, onunla əlaqə yarada bilməmiş, Şəxs borcunu ödəməmişdir. İcra məmuru tərəfindən də ona məlumat verilmiş, Şəxs icra idarəsinə gələcəyini bildirmiş, lakin daha sonra gəlməmişdir. Həmçinin bildirdi ki, bu vaxta kimi Ozal ona borcunu hissə-hissə ödəməyi təklif etsə idi, o da razılaşardı. Lakin o, belə bir təklif etməmiş, ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Hal-hazırda onun səmimiyyətinə inanmır, borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri 23 saylı Notariat ofisinin 8İ- 13906 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən rəsmi qaydada məlumatı olmamışdır. Belə ki, X3 borcu olduğunu bilir, lakin ona icra sənədi ilə bağlı rəsmi bildiriş verilməmişdir. İcra sənədindən bu gün məlumatı olmuşdur. Ümumiyyətlə isə borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. İşsiz olduğu borcunu ödəyə bilməmişdir. Ancaq ona vaxt verilərsə, borcunu ödəməyə çalışacaqdır. Bu günkü günə tələbkara 500 manat ödəniş edə bilər. Himayəsində azyaşlı uşağı vardır. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında bildirdi ki, hazırda borcunu ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat ofisinin 8İ-13906 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 3900 manat əsas borc, 500 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat olmaqla, ümumilikdə 4425 manat borc pul X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Cavid İmranlı tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-8002 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 11689,57 manat əsas boc və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat olmaqla, ümumilikdə 11714,57 manat borc pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Cavid İmranlı tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-10748 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 3385,07 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat olmaqla, ümumilikdə 3410.07 manat borc pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Cavid İmranlı tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli “borclunun axtarışı” haqqında qərarlardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 22 manat əmək haqqı müdafiəçi Vəkil dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 02 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 22 (iyirmi iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar