Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4771/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 iştirakı ilə, Hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, köndələn eninə 8-ci, ev 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC xx.xx.2024-cü il tarixli, ********* sorğu nömrəli Gömrük Bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək ünvan 2 ünvanında yerləşən anbarda saxlanca qoyulmuş dəyəri 41395.48 (qırx bir min üç yüz doxsan beş manat, 48 qəpik) manat təşkil edən 1572 ədəd “DUODART TABLET 0.5MG/Q.4MGx30AZ” adlı dərman vasitəsi üzərində sərəncam verərək “müvəqqəti saxlanc“ xüsusi gömrük prosedurunun qanunvericiliklə müəyyən edilmiş sərtlər və məhdudiyyətlərini pozmaqla qanunsuz əməliyyatlar aparmışdır. Bununla da o, İXM-in 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, №00100-02738/24 saylı (EP № 0188343) inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X10 verdikləri yazılı etiraza uyğun çıxış edərək etirazı onunla əsaslandırmışdır ki, anbarda yoxlama keçirilən zaman, hüquqi şəxsə heç bir məlumat verilməyib, bu barədə bildiriş göndərilməyib. Azərbaycan Respublikasının Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunun 1-ci maddəsində bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. Həmçinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnaməsinin 4.3-1-ci bəndinə əsasən bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Halbuki, sahibkarlıq aparılan yoxlamaların Vahid Məlumat Reyestrində qeyd olunan yoxlama əlavə olunmayıb. Həmçinin, xx.xx.2024-cü il tarixdə monitorinqin nəticəsinə dair aktda "Buta Farm” MMC-nin anbardan X9 və “Buta Farm" MMC-nin növbə rəisi X2 qeyd olunmuşdur. Qeyd olunan əməkdaşlar onlarda işləməyiblər. xx.xx.2024-cü il tarixli №00100-02738/24 saylı inzibati protokolda və №00100/02489 saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda "Buta Farm” MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 imza atmışdır. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 imzalanması səlahiyyəti verilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə, “DUODART TABLET" 0.5MG/0.4MGx30 AZ adlı dərman vasitəsi gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılıb, gömrük rəsmiləşdirilməsi keçib və gömrüyün buna dair etirazı olsa idi, gömrük rəsmiləşdirilməsini həyata keçirməzdi. Ümumiyyətlə məsələdən xəbərləri yoxdur, dərmanları qırağa satmamışlar, dərmanlar möhür altnda olub, möhürün açılması yanımızda keçirilməyib və gömrük işçiləri də bu barədə baxış aktında heç nə qeyd etməyiblər. İnzibati protokol yazılan zaman iştirakları və xəbərləri omadan keçirilib, müdafiə olunmaq hüququndan məhrum edilmişlər. Odur ki Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri xx.xx.2024-cü il tarixli №00100-02738/24 saylı protokolun ləğv edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Beləliklə, Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi, raport, monitorinqin nəticəsinə dair akt ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, ********* sorğu nömrəli Gömrük Bəyannaməsində 5000 qutu qeyd olunaraq buraxılışa verilmiş “DUODART TABLET 0.5MG/Q.4MGx30AZ” adlı dərman vasitəsindən anbarda 3428 qutu olduğu aşkar olunmuşdur. Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3- 33-1100/012/027055 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən üzərində sərəncam verilmiş 1572 ədəd “DUODART TABLET 0.5MG/Q.4MGx30AZ” adlı dərman vasitəsinin yükünün ümumi gömrük dəyəri 41395.48 (qırx bir min üç yüz doxsan beş manat 48 qəpik) manat təşkil edir. Bununla yanaşı, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin dəlillərinə münasibətdə qeyd edir ki, etirazda və məhkəmə çıxışında qeyd olunan dəlillərdə inzibati materiala xitam verilməsinə dair hər hansısa əsas müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, inzibati araşdırmanın aparılması qaydaları ilə bağlı qeyd olunan məsələlər inzibati xəta tərkibinin mövcudluğunu istisna edən hal kimi çıxış edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 41395.48 manatın 30%-i məbləğində, yəni 12418,64 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4771/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4771/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver