Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4779/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326- 2.4-cü maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyatr Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan "xxxx" MMC barəsində İXM-nin 326-2.4-cü maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyatr Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaısnda protokol tərtib edən orqanın nümayəndəsi çıxış edərək inzibati işə inzibati xətanın törədildiyi ərazi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əsasən (Vergilər Nazirliyinin internet saytından çıxarış) hüquqi şəxs olan "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1kətsizliklə törədildiyindən inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Buna görə də hazırkı protokola inzibati xətanın törədildiyi həmin yer üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İXM-in 112.4-cü maddəsinə əsasən, hakim inzibati xəta haqqında işə baxarkən bu məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC barəsində İXM-nin 326-2.4-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4779/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4779/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver