Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4780/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, "xxxx" ATSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 oktyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış "xxxx" ATSC, Mərkəzi Bankın 18 sentyabr 2024-cü il tarixli 6-1- 26/2-7731/2024 nömrəli məktubu ilə tələb edilən sənədləri (2019-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surəti, 2020-2023-cü illər üzrə səhmdarların reyestri, nizamnamənin surəti, 2020-2023-cü illər üzrə aidiyyəti şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələri) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 03 oktyabr 2024-cü il tarixdə törədilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ATSC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, "xxxx" ATSC-nin səhmdarıdır. Səhmdar olaraq həmin cəmiyyətə müraciət edərək cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat əldə etmək istəmiş, lakin sənədlər ona təqdim edilməmişdir. Ona görə Mərkəzi Banka yazılı müraciət edərək müvafiq tədbir görülməsini istəmiş, cəmiyyət tərəfindən Bankın rəsmi xəbərdarlığına da əhəmiyyət verilmədiyinə görə inzibati protokol tərtib edilmişdir. "xxxx" ATSC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Zərərçəkmiş şəxs 12 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ATSC-nin rəhbərliyinə müraciət edərək müvafiq sənədlərin ona verilməsini xahiş etmişdir; -Poçt qəbzinin və xəbərnamənin surətindən görünür ki, həmin ərizə poçt vasitəsi ilə göndərilmiş, 14 noyabr 2023-cü il tarixdə "xxxx" ATSC-nin əməkdaşı “Vahabov Orxan” tərəfindən imza edilərək alınmışdır; -Zərərçəkmiş şəxs 01 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ATSC-nin rəhbərliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-2.3 və 107-6.3-cü maddələrini kobud surətdə pozduğuna görə ATSC-nin rəhbərliyi barəsində lazımi tədbir görülməsini Mərkəzi Bankdan xahiş etmişdir; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ATSC-yə ünvanlanmış 09 avqust 2024-cü il tarixli 6-1-26/2-Ə-42-13450/2024 nömrəli məktubundan görünür ki, Əliyev X1 Banka etdiyi müraciətində "xxxx" ATSC-nin 2019-2022-ci illərin maliyyə hesabatlarını, 2019-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini, 2020-2023-cü illər üzrə səhmdarların reyestrini, nizamnamənin surətini, emissiya prospektini, 2020-2023-cü illər üzrə aidiyyəti şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələrini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Səhmdar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 106-1.3.8-4, 106-2.3, 102.4 və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, maliyyə hesabatları, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq, səhmdarların reyestrinin və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.1.9-cu maddəsinə müvafiq olaraq, Zərərçəkmiş şəxs "xxxx" ATSCnin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 7 iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur; -Sürətli poçt xidmətinə aid poçt qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ATSC-yə ünvanlanmış 09 avqust 2024-cü il tarixli 6- 1-26/2-Ə-42-13450/2024 nömrəli məktubu 14 avqust 2024-cü il tarixdə ATSC-nin “Məmmədov” soyadlı əməkdaşı tərəfindən imza edilməklə alınmışdır; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ATSC-yə ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli 6-1-26/2-7731/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın 09 avqust 2024-cü il tarixli 6-1-26/2-Ə-42-13450/2024 nömrəli göstərişi ilə tələb edilən məlumatların həmin tarixədək təqdim edilmədiyi bildirilməklə, sözügedən məlumatların 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi "xxxx" ATSC-yə təklif edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; -Sürətli poçt xidmətinə aid poçt qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ATSC-yə ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli 6-1-26/2-7731/2024 nömrəli məktubu 25 sentyabr 2024-cü il tarixdə ATSC-nin “Məmmədov” soyadlı əməkdaşı tərəfindən imza edilməklə alınmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ATSC tərəfindən Mərkəzi Bankın rəsmi məktubu ilə tələb edilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 106-1.3.8-4, 106-2.3, 102.4 və 107-6.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər, yəni "xxxx" ATSC-nin 2019-2022-ci illərin maliyyə hesabatları, 2019-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surəti, 2020-2023-cü illər üzrə səhmdarların reyestri, nizamnamənin surəti, emissiya prospekti, 2020-2023-cü illər üzrə aidiyyəti şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələri səhmdar Zərərçəkmiş şəxs təqdim edilməmiş, "xxxx" ATSC-nin fəaliyyəti ilə tanış olması üçün ona şərait yaradılmamış və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 7 iş günü ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ATSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ATSC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ATSC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ATSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" ATSC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" X2 Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4780/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4780/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver