Məhkəmə qərarları › İş №3(007)-4782/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4782/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4782/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Şəkərcik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-965/2023 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2008-ci təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs X1 xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)-232/2025 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2008-ci təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.28 misli həddində sabit pul məbləöində aliment tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri üzrlü səbəblər olmadan icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırkı vaxtadək 1333 manat aliment borcu yığılmışdır. Beləliklə də, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nizami rayon İcra Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-965/2023 nömrəli nömrəli icra vərəqəsinə əsasən borcludan hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin tutularaq tələbkara ödənilməlidir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)-232/2025 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2008-ci təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.28 misli həddində sabit pul məbləöində aliment tutulmalıdır. Borclu icra vərəqəsinin icrasından yayınmış, nəticədə 1333 manat aliment borcu yığılmışdır. Tələbkar şikayətçidir, borcun tam ödənilməsini tələb edir. Bununla da borclu üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Zərərçəkmiş şəxs X5 bildirdi ki, borclu tərəfindən hər ay 200 manat olmaqla ödəniş edilirdi. Lakin son 7-8 aydır ki, borclu heç bir ödəniş etmir. Hazırda da 100 manat ödəyir. Lakin o, uşaqlara baxmaqda maddi çətinlik çəkir. Təkbaşına baxa bilmir. Bütün bunları nəzərə alaraq, borclu barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında çıxış edərək bildirdi ki, hazırda borcundan 100 manat ödəniş etmişdir. Maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilmir. Ona vaxt verilsə də, pul tapa bilmədiyi üçün ancaq 100 manat ödəniş edə bilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclasında bildirdi ki, borclu maddi imkanı olmadığı üçün aliment borcunu tam ödəyə bilmir. Hazırda 100 manat ödəniş etmişdir. Borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Bunu nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-965/2023 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2008-ci təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs X1 xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)-232/2025 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2008-ci təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.28 misli həddində sabit pul məbləöində aliment tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın həmçinin aliment borcu ilə əlaqədar olduğunu, aliment məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, o cümlədən məhkəmə iclasının təxirə salınmasına və borcluya yaranmış borcundan ödəniş edilməsi üçün vaxt verilməsinə baxmayaraq, yenidən borcunu ödəməkdən yayındığını nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 04 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 44 manat əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək, 08 gün (səkkiz gün) müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X9 44 (qırx dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar