Məhkəmə qərarları › İş №3(007)-4787/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4787/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4787/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, şikayətçi X3, tərcüməçi X2 iştirakları ilə, Şikayətçi X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində İXM-nin 290.1.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-ci il tarixində həyətdə öz alman ovçarka itini gəzdirdiyi zaman, Nizami rayon RPİ-nin 24-cü PŞ-in əməkdaşı Seyidov Gülağa ona yaxınlaşaraq, itin üzündən buruntağı hansı səbəbdən çıxarılmasını soruşmuş, o, polis əməkdaşına it asqırdığı üçün buruntağı çıxartdığını və yenidən taxacağını izah etmişdir. Daha sonra PŞ əməkdaşı ondan adsoyadını, harada yaşadığını öyrənərək, sərt qaydada onun getməsini əmr etmişdir. Ən əsası odur ki, inzibati xəta onun tərəfindən törədildiyini polis əməkdaşı ona izah etməmiş, müvafiq protokol isə təqdim olunmamışdır. Lakin sonradan yazılmış MN ******* saylı protokola nəzər yetirəndə orada "İzahat yazmaqdan və imza atmaqdan imtina etdi" qeydi mövcud olduğunu görmüş, hansı ki, işin faktiki hallarına uyğun deyildir, ona izahat vermək və ya harasa imza atmaq ümumiyyətlə təklif edilməmişdir. Məsələ orasındadır ki, o, öz itini buruntaqsız küçədə gəzdirməmiş, yolda it axsırdığı üçün iti saxlayıb buruntağı bir-iki dəqiqəlik çıxardaraq, onu təzədən taxmışdır. Polis şöbəsinin əməkdaşı ona və yaranmış vəziyyətə obyektiv qiymət verməmiş, məsələyə qərəzli yanaşmışdır. İnzibati xəta haqqında protokol və qərar ona vaxtında təqdim edilməmiş, protokol və qərarı o artıq icra və probasiya şöbəsinə yaxınlaşaraq, əlbəəl xx.xx.2023-cü il tarixdə almışdır. Ona görə də onun şikayət vermək üçün müddəti ötürülməmişdir. Beləliklə, o, Nizami RPİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarına əsasən 200 (iki yüz) AZN məbləğində cərimə olunmuşdur. Hesab edir ki, sözügedən inzibati xəta haqqında qərar İnzibati Xətalar Məcəlləsi ilə təsbit edilmiş qaydalarına zidd olaraq tərtib edilmiş və beləliklə qanunsuzdur. Odur ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin qeyd olunmalıdır ki, qərarından şikayət verilmiş orqanın məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə məhkəmə iclasları təxirə salınmış, müvafiq qaydada məlumat verilmiş, lakin iştirakı təmin etmək mümkün olmamışdır. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X5 ev heyvanının gəzdirilmə qaydasına riayət etmədiyi üçün İXM-in 290.1.4-cü maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə L.A.Vyaçeslavovna Nizami rayonu, Şamlıq 3 ünvanının qarşısında ev itini buruntaqsız gəzdirdiyi üçün həmin tarixdə barəsində Azərbaycan Respublikasının İXM-nin 290.1.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət ərizəsindən və məhkəmə iclasında verilmiş ifadələrdən müəyyən edilmişdir ki, L.A.Vyaçeslavovna itini buruntaqsız gəzdirməmiş, sadəcə it asqırdığı üçün 1-2 dəqiqəlik buruntağı düzəltmək məqsədilə çıxarmış, elə bu zaman da polis əməkdaşı ona yaxınlaşaraq öz iradını bildirmiş, lakin barəsində protokolun tərtib olunması və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə bağlı heç bir izah verməmişdir. Şəxs İXM-nin 290.1.4-cü maddəsinə əsasən ev heyvanının gəzdirilmə qaydasına riayət etməməsi əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Lakin şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Nizami RPİ 24-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar və protokol şəxsin iştirakı olmadan tərtib edilmiş, onun izahatı alınmamış, ona qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, qərarın və protokolun surəti ona göndərilməmişdir. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İXM-nin 290.1.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar