Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4789/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X6 iclas katibliyi, şikayətçi – X4 və qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X5 iştirakları ilə, X4 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X8 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 20 sentyabr 2025-ci il tarixdə saat 21:53 radələrində idarə etdiyi “Honda ACCORD HYBRİD” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı Salyan yolu yeni şəhər yaşayış kompleksi 1 İlə hərəktdə olduğu zaman Formula 1 tədbiri zamanı DYP inspektorları üzü “Bayraq meydanı” tərəf yolu bağlamışlar. İnspektorlara yaxınlaşaraq ərazidə olan restorana gəldiklərini bildirmiş, lakin onları yenə buraxmamışlar. Telefonla restoran sahibinə bildirmişlər ki, DYP postu var, keçə bilmirik. Onlar bildirmişlər ki, restoranra keçid icazəsi var. Az keçmiş restoran işçisi yaxınlaşmış və gələn qonaqların siyahısını göstərmiş, onlar postan restoran üçün icazəli olan sahəyə keçmişlır. İnspektor bildirmişdir ki, çıxış gəldiyin yolu geri qayıtmalısan. Müəyyən vaxt keçdikdən sonra ərazidən çıxış edərkən həmin postan çıxış edərkən yol patrul inspektoru polis baş serjantı X3 tərəfindən saxlanılmışdır. İspektor bildirmişdir ki, yolu əks istiqamətdə gəlir. Öz növbələrində etirazlarını bildirmişlər ki, Formula 1 tədbirə görə yol hər iki tərəfli bağlıdır. İnspektor haqlı olduğunu görmüş, ona avtomobildə alın şüşəsində olan plyonkanın qanunla qadağan olduğunu demiş, o, etiraz edərək bildirmişdir ki, şüşə örtüklərinin çəkilməsi şərtlərini pozmamış, yəni qanun icazə verir ki, 15 sm-dək ön alın şüşəsinə plyonka çəksin. İnspektor ona bildirmişdir ki, barəsində 327.4 və 342.2.4-cü maddələrlə protokol tərtib edir, şikayəti varsa, şikayət etsin, baxılar. Həqiqətən də yazılan madələrin hər ikisi qərəzli, əsassız və qanunsuz yazılmışdır. O, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmişdir. Qeyd olunanlara əsaslanaraq 20 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, ona restorana getmək üçün polis əməkdaşları özləri icazə vermiş, ondan başqa nəqliyyat vasitələri də oradan keçərək restorana getmişlər. Ola bilsin ki, həmin nəqliyyat vasitələri də həmin yoldan geri qayıtmış olsunlar, bu barədə dəqiq bir şey deyə bilmir. Lakin ona inspektor icazə verdiyi üçün o, eyni yoldan geri qayıtmışdır. O, heç bir qayda pozuntusuna yol verməmişdir. O, inspektorun dediklərinə tabe olmuş, sol tərəfdən gəlmiş, inspektor o, ordan keçib getdiyi üçün ona qərəzli olaraq protokol tərtib etmiş, onunla birlikdə digər nəqliyyat vasitələri də inspektorun icazəsi ilə ordan keçib getmişdir. Həmçinin qanunvericilikdə nəqliyyat vasitəsinin ön şüşəsinə 15 sm-dək plyonka çəkilməsinə icazə olduğu üçün o, həmin plyonkanı çəkmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən də avtomobil duracağa aparılmasın deyə həmin plyonkanı oradaca çıxarmışdır. Onun nəqliyyat vasitəsində mexaniki günlük var, lakin qaunvericilikdə mexaniki günlük ifadəsindən istifadə olunmamış, ön şüşəyə quraşdırılmış günlükdən söhbət getmişdir. Qeyd olunanları nəzərə alaraq, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X9 bildirdi ki, şikayət əsassızdır. Belə ki, şikayətçi tərəfindən İXM-nin 327.4 və 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisələri törədilmişdir. Sürücü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkmişdir. Belə ki, Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən ön şüşəyə örtük istehsalçı zavod tərəfindən nəqliyyat vasitəsinə günlük quraşdırılmadığı halda 15 sm-dək quraşdırılmağa icazə verilir. Şikayətçinin nəqliyyat vasitəsində isə istehsalçı zavod tərəfindən mexaniki günlüklər quraşdırılmışdır. Lakin buna baxmayaraq şikayətçi əlavə olaraq ön şüşəyə örtük çəkmiş, hadisə yerində protokol tərtib olunarkən şikayətçi tərəfindən ön şüşələrə vurulmuş həmin örtüklər çıxarılmışdır. Həmçinin şikayətçi birtərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Şikayətçi ilə birlikdə həmin postdan digər nəqliyyat vasitələrinə də restorana getmək üçün icazə verilmiş, lakin yalnız şikayətçi əks istiqamətdə hərəkət edərək geri qayıtmışdır. Mövcud olan videogörüntülər də bu halları təsdiq edir. Həmin video görüntüləri məhkəməyə təqdim edərək qərarın qanuni və əsaslı olduğunu bildirdi və şikayətin rədd edilərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X8 xx.xx.2025-ci il tarixdə, saat 21:50-də idarə etdiyi **-VH-*** dövlət qeydiyyat nişanlı “X14” minik markalı nəqliyyat vasitəsi ilə Bakı, Salyan yolu, Yeni Şəhər yaşayış kompleksi, 1 ünvanında birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xətalar həqiqətən törədilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüələrinə örtüklərin çəkilməsi” Qaydasının 3.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X8 xx.xx.2025-ci il tarixdə, saat 21:50-də Bakı, Salyan yolu, Yeni Şəhər yaşayış kompleksi, 1 ünvanında birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş, həmçinin nəqliyyat vasitəsinin ban şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkmişdir. Bu səbəbdən X8 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, video material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə müəyyən edilmişdir. Həmin Məcəllənin 342.2.4-cü maddəsində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər BPİ X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4789/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4789/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver