Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4793/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi – X5 və qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şikayətçi – X5 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərara əsasən X7 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə istifadəsində olan “Mercedes E220” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 20 Yanvar dairəsi ilə hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən saxlanılmış, işıqforun qadağanedici işığında hərəkət etməsi əsas gətirilərək barəsində protokol tərtib edilmişdir. İşıqforun yaşıl ışığında hərəkət etməsini qeyd edərək, bunun əksini sübut edən faktların məhkəməyə təqdim edilməsini, olmadığı təqdirdə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X6 ifadə verərək bildirmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə işıqforda qadağanediici işığının yanmasına baxmayaraq hərəkətini davam etdirmiş, bu səbəbdən də vətəndaş barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla bağlı videogörüntü materialı da mövcuddur. Qeyd olunanlara əsasən şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X14 İdarəsinin Yol-patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 12:22-də idarə etdiyi “Mercedes E220” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “20 Yanvar dairəsi”ndə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş videomaterialdan görünür ki, X7 idarə etdiyi “Mercedes E220” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “20 Yanvar dairəsi”ndə hərəkətdə olarkən qanunvericiliyin tələblərini pozaraq işıqforun qırmızı işığında keçmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolun tərtib olunduğu tarix və saatla videomaterialda qeyd olunan saat və tarix üst-üstə düşdüyündən inzibati xətanın X7 tərəfindən törədildiyini sübut etmiş olur. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə elektron qərar və əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4793/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4793/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver