Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-480/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Pavlodar Vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2 (004)-250/2007 saylı icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 10733 manat məbləğində pul tutulmalı və həmin məbləğ girov qoyulmuş “BMW” 318 markalı 1995-ci il buraxılışlı tünd gümüş metal rəngli ** RZ *** dövlət nömrə nişanlı ban WBCA 91060CG34070 olan nəqliyyat vasitəsinə yönəldilmişdir. İnzibati işdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2 (004)-250/2007 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 18 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2 (004)-250/2007 saylı icra sənədi üzrə yaranmış 7915,40 manat borcunu ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2 (004)-250/2007 saylı icra sənədi üzrə qalıq borcu olan 7915,40 manatı ödəmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2 (004)-250/2007 saylı icra vərəqəsinə əsasən, ondan "xxxx" ASC-nin xeyrinə 10733 manat məbləğində pul tutulmalı və həmin məbləğ girov qoyulmuş “BMW” 318 markalı 1995-ci il buraxılışlı tünd gümüş metal rəngli ** RZ *** dövlət nömrə nişanlı ban WBCA 91060CG34070 olan nəqliyyat vasitəsinə yönəldilmişdir. Ödəniş etdiyindən hazırda həmin qətnamə üzrə qalıq borcu 7915,40 manat təşkil edir. Hazırda borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə zamanı borclu Şəxs barəsində olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2 (004)-250/2007 saylı icra vərəqəsi üzrə 10733 manat borcundan müvafiq ödəniş etdiyi və qalıq borcunun 7915,40 manat təşkil etdiyi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2 (004)- 250/2007 saylı icra vərəqəsi üzrə Şəxs qalıq borcu 7915,40 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclu Şəxs məhkəmənin icra sənədi üzrə borcundan ödəniş etməsi faktı öz-özlüyündə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 18 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-480/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-480/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver