Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4801/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Nizami rayon icra şöbəsinin rəis müavini X1, tələbkar Zərərçəkmiş şəxs, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103.)-3704/2022-003 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri , Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsindəki 2 otaqlı 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq Zərərçəkmiş şəxs verilməsinə dair tələb "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən icra edilmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin rəis müavini X4 tərəfindən xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Nizami rayon icra şöbəsinin rəis müavini X4 çıxış edərək bildirdi ki, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədi üzrə müvafiq tələbləri yerinə yetirmədiyindən barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd etdi ki, tərəflər arasında narazılıq icra sənədi üzrə Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsindəki 2 otaqlı 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq Zərərçəkmiş şəxs verilməsi ilə bağlı yaranmışdır. İcra sənədi üzrə digər tələblərin yerinə yetirilməsində hər hansısa problem mövcud deyildir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs çıxış edərək məhkəmə qərarının icra olunmasını və məhz qərarda qeyd olunan Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsindəki 2 otaqlı 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq ona verilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən "xxxx"MMC-nin nümayəndəsi X5 çıxış edərək halhazırda məhkəmə qərarının icra olunmasının qeyri mümkün olduğunu bildirdi. Qeyd etdi ki, qeyd olunan mənzil başqa şəxsə satılmış, hal-hazırda X3 mülkiyyətindədir, həmin şəxs tərəfindən mənzilə dair texniki pasport alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103.)-3704/2022-003 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun iddiaçı Zərərçəkmiş şəxs tutulması və Bakı şəhəri, Nizami rayonu, Əlif hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsindəki 2 otaqlı 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq Zərərçəkmiş şəxs verilməsi vəzifəsi "xxxx" MMC-nin direktoru Şəxs üzərinə qoyulmuşdur. Həmçinin 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMCdən aylıq 300 manat kirayə haqqı tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon icra şöbəsinin rəis müavini X4 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103.)-3704/2022-003 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4801/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4801/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver