Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4814/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510, 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X7 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokolları tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2024-cü il tarixdə Nizami RPİ 24-cü PŞ-nin inzibati binasında səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlətmiş, inzibati binanın iş rejimini pozmuş , bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024.2024-cü il tarixli, 3(007)- 4841/2024 nömrəli qərardadı ilə Şəxs barəsində tərtib olunmuş MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs Nizami RPİ 24-cü PŞ-nə gətirilərkən şöbənin inzibati binasında səsküy salmış, ünvansız nalayiq ifadələr işlətmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, bununla bağlı mötəbər sübut, kamera görüntüləri mövcud deyildir. Şəxs barəsində inzibati xəta haqqında qeyd olunan protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək qeyd etdi ki, ona polis əməkdaşları tərəfindən zəng daxil olmuş, aparılan təhqiqat materialı ilə bağlı bölməyə yaxınlaşması bildirilmiş, o da öz növbəsində bölməyə gəlmişdir. Onun tərəfdən polisin qanuni tələblərinə tabe olmama halı mövcud olmamışdır. Barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Bayramov X2 Azər Əliəşrəf oğlu barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Bildirdi ki, şəxs əsassız bölmədə saxlanılmış, sonra isə barəsində protokollar tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Polis əməkdaşlarının ifadələrini təsdiq edəcək sübutları varsa, məhkəməyə təqdim etmələrini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X4 çıxışında göstərdi ki, kuryer dələduzluğu ilə bağlı araşdırılma aparılmış, bununla bağlı Şəxs və X5 polis şöbəsinə dəvət olunmuşlar. Onlar səbəbsiz olaraq səs-küy salmış, polisin qanuni tələblərinə tabe olmamış, müqavimət göstərmişlər. Verilmiş suala cavab olaraq hal-hazırda təhqiqat materialının məhkəməyə təqdim olunmasının qeyri mümkün olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-yə dəvət edilən Şəxs şöbənin inzibati binasında olarkən vətəndaşlara maneçilik törədərək onları narazı salmış, növbətçi hissənin iş rejimini öz nalayiq hərəkətləri ilə 15-20 dəqiqə zamanında davamlı olaraq pozmuşdur. “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2024-cü tarixdə saat 18:40-da inzibati qaydada tutulmuşdur; İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Həmçinin aktda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən vətəndaşın şöbəyə çağırılması səbəblərini müəyyən etmək məhkəmə iclası zamanı mümkün olmamışdır. Həmçinin şəxslər barəsində araşdırma aparılması qeyd olunsa da, bununla bağlı hər hansısa sübut da məhkəməyə təqdim edilməmişdir. Həmçinin vətəndaş Şəxs şöbənin inzibati binasında iş rejimini pozması, səs-küy salaraq nalayiq ifadələr işlətməsi ilə bağlı da sübutların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, protokol tərtib etmiş orqan tərəfindən protokoldan başqa hər hansısa sübutun məhkəməyə təqdim edilməməsinə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkib əlaməti olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4814/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4814/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver