Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-483/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 18 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25380886 nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 18 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25380886 nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Qərardan şikayət vermiş X2 məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının təşkili ilə bağlı müvafiq tədbirlər görülərkən iş materiallarında qeyd olunmuş ona məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, o, bildirmişdir ki, müraciəti əsasında 18 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25380886 nömrəli inzibati xəta haqqında qərar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin özü tərəfindən ləğv olunaraq sistemdən silinmişdir, şikayətinə məhkəmədə baxılmasını tələb etmir, ona görə də məhkəmə iclasında iştirak etmək üçün gəlməmişdir. Bundan başqa, “www.asanpay.az” internet saytının “DYP cərimələri” bölməsində identifikasiya tipi üzrə “Protokolun nömrəsinə görə axtarış” edib yoxlanılan zaman da X1 inzibati qaydada tənbeh edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolun (elektron qərarın) 18 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25380886 nömrəli inzibati tənbeh vermə haqqında qərarın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, şəxsin onun barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququ olduğu kimi, onu geri götürmək də onun hüququdur, ona görə hazırkı halda məhkəmə X1 bu hüququnu, verdiyi şifahi vəsatəti əsas götürərək və eyni zamanda X1 inzibati qaydada tənbeh edilməsinə əsas olmuş 18 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25380886 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın mövcud olmadığını nəzərə alaraq, şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasının mümkün olması qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 52, 118 və 128ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 vəsatəti təmin edilsin, onun Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 18 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25380886 nömrəli inzibati xəta haqqında qərarından şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-483/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-483/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver