Məhkəmə qərarları › İş №3(007)-4838/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4838/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4838/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510, 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 21 oktyabr 2024-cü il tarixli MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokolları tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024.2024-cü il tarixli, 3(007)- 4839/2024 nömrəli qərardadı ilə Şəxs barəsində tərtib olunmuş MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Əzimov X7 rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuş, həbsdən azad olunduqdan sonra Nizami RPİ-nin icraatında olan cinayət işi ilə bağlı dindirilməsi üçün Nizami RPİ 24-cü PŞ-nə gətirilərkən polis əməkdaşlarının hərəkətlərindən bezdiyini bildirərək, səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında qeyd olunan protokollar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək qeyd etdi ki, onun rəis tərəfindən qəbul ediləcəyi bildirilərək şöbəyə təmin edilmiş, lakin nə şöbəyə gətirilərkən nə də şöbənin inzibati binasında olarkən səs-küy salmamış, heç bir nalayiq ifadələr işlətməmişdir. Sadəcə polis əməkdaşından saxlanma səbəbini soruşmuş, bununla bağlı narazılığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X1 çıxışında göstərdi ki, cinayət işinin istintaqı ilə bağlı Şəxs polis şöbəsinə dəvət edilmişdir. O, səbəbsiz olaraq səs-küy salmış, polis şöbəsinin 15 dəqiqə ərzində fəaliyyətinə mane olmuş, polisin qanuni tələblərinə tabe olmamış, müqavimət göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-yə dəvət edilən Şəxs şöbənin inzibati binasında olarkən polisdən bezdiyini əsas gətirərək şöbədə səs-küy salaraq nalayiq söyüşlər işlədib aqresiya göstərmiş, səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinin normal iş fəaliyyətini davamlı olaraq 15 dəqiqə ərzində pozmuşdur. “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2024-cü tarixdə saat 23:05-də inzibati qaydada tutulmuşdur; İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Həmçinin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, şəxs barəsində eyni maddələr üzrə Nizami RPİ 24-cü PŞ-si tərəfindən protokollar tərtib edilmiş və Nizami RM-nin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Şəxsin həbsdə olma müddəti bitən gün yenidən 24-cü PŞ-nin əməkdaşları ona yaxınlaşıb, eyni əsaslarla protokollar tərtib edərək, yenidən baxılması üçün Nizami rayon məhkəməsinə göndərmişlər. Belə olduğu təqdirdə qeyd olunan şəraitdə və vəziyyətdə şəxsin həqiqətən də qeyd olunan əməlləri təkrarən həbsdən çıxar-çıxmaz yenidən törətməsi məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir. Həmçinin protokol tərtib etmiş orqan tərəfindən protokoldan başqa hər hansısa sübutun məhkəməyə təqdim edilməməsinə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkib əlaməti olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar