Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4844/2025 13.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək məşğul olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib etmiş səlahiyyətli orqanın mövqeyinə görə Şəxs, xx.xx.2025-ci il tarixdə, saat 14:40 radələrində ünvan 4 ünvanında **-SM-*** dövlət nömrə nişanlı, “Mercedes” minik markalı nəqliyyat vasitəsiniidarə edərkən Nizami RPİ-in DYPŞ-nin YPX inspektorunun sərxoşluq şübhəsi əsasında həkim müayinəsindən keçirilməsindən imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:40 radələrində ünvan 4 ünvanında Nizami RPİ-nin DYPŞ-nin YPXA-nın əməkdaşları tərəfindən saxlanılmış, onun sərxoş olmasına şübhələr yaranmış, sürücü sərxoşluğun müəyyən edilməsi üçün həkim müayinəsinə dəvət edilmiş, lakin müayinəyə getməkdən imtina edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra şəxs 24-cü polis şöbəsinə təmin edilmiş və orada tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 14:40 radələrində ünvan 4 ünvanında polis əməkdaşları tərəfindən kəmərdən istifadə etmədiyi üçün saxlanılmış, o, onlarla razılaşaraq barəsində protokol tərtib edilməsini bildirmiş, lakin içkili olduğuna şübhələr olduğu üçün alkotester vasitəsilə yoxlanılmış, alkotestrin nəticəsi onun sərxoş olduğunu göstərmiş, o, içki qəbul etmədiyindən alkotestrin nəticəsi ilə razılaşmamış, yenidən başqa bir alkotestrlə yoxlanılmış, yeni eyni nəticə çıxmış və o razılaşmamışdır. Həkim müayinəsinə dəvət olunmuş, lakin o, həkim müayinəsinə getməkdən imtina etmişdir, tərəfindən başqa tabesizlik olmamışdır. Daha sonra xidməti maşına əyləşərək polis şöbəsinə getmiş, orada barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, onların xidməti maşınına öz razılığı ilə əyləşmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şəxsin həmin əməli törətməsi ilə bağlı polis əməkdaşlarının heç bir sübutu yoxdur. Həmçinin şəxs həkim müayinəsindən imtina edirsə, müvafiq olaraq onun barəsində İXMnin 343.1-ci maddəsi ilə protokol tərtib edilməli idi. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX-nin inspektoru X4 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:40 radələrində ünvan 4 ünvanında tərəflərindən saxlanılmış, onun sərxoş olmasına şübhələr yaranmış, alkotestr vasitəsilə yoxlanılmış, lakin alkotestrin nəticəsi ilə razı olmadığı üçün sürücü sərxoşluğun müəyyən edilməsi üçün həkim müayinəsinə dəvət edilmiş, lakin müayinəyə getməkdən imtina edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu zaman sürücü polisin qanuni tələblərinə tabe olmamış, videoçəkiliş aparmışdır. Sürücü həkim müainəsinə dəvət etsələr də, o, tabesizlik göstərmiş, bu səbəbdən PPXB tərəfindən polis bölməsinə təmin edilmiş və şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Suallara cavab olaraq bildirdi ki, sürücünün tabesizliyi həkim müayinəsindən imtina edilməsindən və videoçəkiliş aparılmasından ibarət olmuşdur. Onun tərəfindən polisə qarşı başqa tabesizlik olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs həkim müayinəsinə getməkdən imtina etmiş olsa belə, bu hal Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir ki, həmin Məcəllənin 343.1-ci maddəsində bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi inzibati xəta kimi müəyyən edilmişdir. Müvafiq olaraq hazırkı halda Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin deyil, 343.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur. Lakin protokol tərtib edən orqan tərəfindən əsassız olaraq şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 22 manat (2x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal həbsdən azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 02 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 22 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4844/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4844/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver