Məhkəmə qərarları › İş №3(007)-4858/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4858/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4858/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı ünvan 1 Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, Şəxs MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamışdır. Bununla da o, İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 16 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 bildirdi ki, şirkətin vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl etməsi vəziyyətinin yoxlanılması üçün səyyar vergi yoxlaması aparılmış və götürülmüş maliyyə sənədləri geri təqdim edilmədiyindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin aparılmaması mümkün olmamışdır. Qeyd olunan məsələnin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqana məhkəmə iclasının vaxt və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən 16 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxs barəsində səyyar vergi yoxlamasının aparılması, onu audit aparılmasına dair öhdəliyin icrasından azad etmir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar