Məhkəmə qərarları › İş №3(007)-4902/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4902/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4902/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs2nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Şəxs idarə etdiyi “Kia-Rio” markalı **- ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi istiqamətindən Nizami rayonu, R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətinə doğru 20-30 km/saat surətlə yolun sağ kənarı ilə hərəkət edib, Ə.Hacıyev küçəsi ilə kəsişməsini keçdikdən sonra, 87 nömrəli yaşayış binasının qarşısından keçən hissəsində manevr qaydalarının tələblərini pozmaqla qanunla nəzərdə tutulmuş yerdən əks istiqamətli yola dönmək üçün sola manevr edib həmin surətlə dönməyə başlamış, bu vaxt onunla eyni istiqamətdə yolun sol hərəkət hissəsi ilə 50 km/saat surətlə düzünə hərəkət edərək həmin avtomobilin dönməsini təxminən 15 metr məsafədən görüb ondan yaynmaq üçün sükanı sola alaraq əks istiqamətli yola çıxan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volksvagen- Passat” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli yolda toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 yüngül xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 09 oktybar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 01 oktyabr 2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 08:00 radələrində özünə məxsus olan “Kia Rio” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi istiqamətindən Nizami rayonu, R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində hərəkətdə olarkən manevr etmə qaydalarını pozmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermiş, Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Onun həyat yoldaşı ağır xəstə olduğu üçün hadisədən sonra başı ona qarışmış, zərərçəkmiş şəxslə maraqlana bilməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Həmçinin o, sürücü kimi fərdi qaydada işləyərək gəlir əldə edir və ailəsini dolandırır. Bütün bunları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisədən sonra onunla maraqlanmamış, dəymiş ziyan ödənilməmişdir. Lakin Şəxs bağışlayır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 786 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı, burnun şişkinlik halında əzilməsi və sıyrığı, sağ gözaltı nahiyənin, sağ bazunun, sağ saidin, sağ əlin qançırları yaraları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2025-ci il tarixli 8/1711 saylı rəyə əsasən “Kia Rio” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, xx.xx.2025-ci il tarixli, 786 saylı və xx.xx.2025-ci il tarixli 8/1711 nömrəli ekspert rəyləri, cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 oktyabr 2025-ci il tarixli qərar və özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, onunla barışması, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar