Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4909/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X1 iştirakları ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 08 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 ərizə ilə müraciət edərək, sözügedən şikayətinə baxılmasına zərurət olmadığından şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş X3 şikayətin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, şəxsin onun barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququ olduğu kimi, şikayəti geri götürmək də onun hüququdur, ona görə hazırkı halda məhkəmə X2 bu hüququnu, verdiyi vəsatəti əsas götürərək şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasının mümkün olması qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 52, 118 və 128ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 vəsatəti təmin edilsin, onun Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 08 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4909/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4909/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver