Məhkəmə qərarları › İş №3(007)-491/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-491/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-491/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs”nin nümayəndəsi X8 iştirakları ilə, “Şəxs”nin barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla “Şəxs” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X5 nümayəndəsi X10 izahatında göstərmişdir ki, X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə etdiyi müraciətə əsasən müvafiq araşdırma aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Şəxs” tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan müddətdə Universitetdə keçirilən tədbirlərdə viola ifaçısı kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin faktla bağlı “Şəxs” tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X9 izahatında göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Şəxs kamera orkestrində viola ifaçısı vəzifəsinə qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə onunla əmək müqaviləsi bağlanmadığı üçün işə getməmişdir. Şəxs kamera orkestrinin rəhbəri Zülfiyyə Sadıqovanın dəvət ilə orkestrin məşqlərinə və konsertlərinə getmiş, müxtəlif tədbirlərdə iştirak etmiş, hər ayda bir-iki tədbir və hər il sentyabrda Ü.Hacıbəyov adına konsert keçirilmişdir. Z.Sadıqovadan onunla əmək müqaviləsi bağlanmasını xahiş etmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. İşə qəbul olunması barədə Şəxs rəhbərliyinə ərizə ilə müraciət etmiş, lakin işə qəbul edilməmişdir. Şəxsndə işə qəbul olunmadığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə şikayət etmişdir. Əmək Müfəttişliyi tərəfindən onun müraciəti ilə əlaqədar araşdırma aparılmış və izahatı alınmışdır. Şəxsndə viola ifaçısı kimi işləməsini təsdiq edən fotoşəkilləri və digər sənədləri təqdim etmişdir. Məhkəmə iclasında “Şəxs”nin nümayəndəsi X12 izahatında göstərmişdir ki, X2 Universitetində hər hansı bir iş və ya xidmətlərə cəlb edilməmişdir. K.Bayramova öz xahişi əsasında yalnız könüllülük əsasında müxtəlif vaxtlarda Universitetin kamera orkestrində təlim və təcrübə keçmişdir. Ayrı-ayrı vaxtlarda onun könüllü qismində orkestrin konsertlərində 1-2 saat müddətində iştirak etməsi işçi qismində olmamış, yalnız təcrübə keçən qismində olmuşdur. K.Bayramova könüllü kimi təlim və təcrübə keçdikdən sonra Universitetin rəhbərliyinə işə qəbul üçün müraciət etmiş, lakin vakansiyanın olmaması səbəbindən onunla əmək müqaviləsi bağlamaq mümkün omamışdır. Universitetin orkestrinin bütün əməkdaşları ilə əmək müqaviləsi əsasında əməkdaşlıq edilir. Hətta onların bəziləri əvvəllər K.Bayramova kimi orkestrdə təcrübə keçmiş, daha sonra vakansiya olduqda işə qəbul olunmuşlar. 2021-ci ilin noyabr ayında K.Bayramovanın işə qəbulla bağlı müraciəti təmin edilmədiyindən sonuncu Universitetin rəhbərliyindən qərəzli olaraq şikayət etmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Şəxs”nin barəsində əsassız olaraq başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, könüllülük əsasında “Şəxs”nin kamera orkestrində çıxış edir, məqsədi təcrübə keçməklə orkestrin tərkibində ifa sənətinin sirlərinə dərindən yiyələnmək və təlim keçməkdir. Könüllülük əsasında keçdiyi təlim və təcrübə ilə əlaqədar orkestrdə çıxış etdiyinə görə onunla “Şəxs” arasında əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu iş üzrə toplanmış sənədlərlə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, “Şəxs”nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati iş üzrə icraat materiallarına əlavə olunmuş X3 Şəxs rektoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, K.Bayramova Şəxs kamera orkestrində 2018-ci ildən 2021-ci il daxil olmaqla dəvətli, əvəzedici və könüllü iştirak etdiyinin nəzərə alınaraq, rəsmi olaraq viola ifaçısı kimi işə qəbul olunmasını xahiş etmişdir. İnzibati işə əlavə olunmuş X3 Şəxs rektoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, K.Bayramova xx.xx.2021-ci tarixdən könüllü olaraq Şəxs kamera orkestrinə orkestrant kimi (Viola) təlim, təcrübə almaq üçün noyabr ayının 1-dək gəlməsinə şərait yaradılmasını xahiş etmişdir. İnzibati işə əlavə olunmuş X3 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, K.Bayramova X11 Xidmətinə müraciət edərək Şəxs rəhbərliyinin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati işə əlavə olunmuş və Şəxs rektoru tərəfindən inzibati xəta haqqında protokola verilmiş etirazdan görünür ki, X2 Universitetinin kamera orkestrində təlim və təcrübə keçmiş, bundan sonra Universitet rəhbərliyinə işə qəbul üçün müraciət etmiş, lakin vakansiyanın olmaması səbəbindən onunla əmək müqaviləsi bağlamaq mümkün olmamışdır. İnzibati işə əlavə olunmuş fotoşəkillər məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarına əsasən: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (Maddə 2). Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (Maddə 3). Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır (Maddə 4). Hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər (Maddə7.3). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (Maddə 8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (Maddə 8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Maddə 8.3). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (Maddə 12.1). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuş anlayışlara görə: tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs - işəgötürən; işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs isə - işçi hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış və tədqiq edilmiş sənədlərə, habelə inzibati iş üzrə dindirilmiş şəxslərin izahatlarına əsasən, X3 Şəxs kamera orkestrində hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamış, əksinə K.Bayramovanın könüllülük əsasında, Şəxs kamera orkestrində təlim və təcrübə keçməsi inzibati işin mübahisəsiz tərəfi kimi müəyyən edilmişdir. Belə olan halda, K.E.Bayramovanın könüllülük əsasında Şəxs kamera orkestrində təlim və təcrübə keçməsi faktı, Şəxsnə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə “Şəxs”nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: “Şəxs”nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar