Məhkəmə qərarları › İş №3(007)-4923/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4923/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4923/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin polis kapitanı X1, AR DİN ƏÇPA-nın 5-ci PB-nin polis nəfəri X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə 8-ci KM bazarının yaxınlığında özünə məxsus QAZ-31 markalı avtomobillə hərəkət edərkən yüksək səslə musiqiyə qulaq asmasına polis əməkdaşları irad bildirərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin polis kapitanı X4 məhkəməyə raportun və protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, AR DİN-nin ƏÇPA-nın 5-ci PB-nin polis nəfərləri tərəfindən Şəxs 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə onun şəxsiyyəti müəyyən olunmuş və tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. . AR DİN ƏÇPA-nın 5-ci PB-nin polis nəfəri X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:20 radələrində polis nəfərləri Namiq Zöhrabov və Azər Məmmədzadə ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində xidməti avtopatrulla xidmət apararkən “Qaz-31” markalı avtomobilin sürücüsü həmin küçədə hərəkət edərkən yüksək səslə musiqiyə qulaq asdığına görə tərəflərindən saxlanılaraq sürücüyə öz iradlarını bildirmiş, lakin həmin şəxs buna məhəl qoymayaraq öz əməlini davam etdirmiş, onlar da son günlərdə ölkəmizdə baş verən hadisələrlə və şəhidlərin olması ilə əlaqədar həmin şəhidlərin ruhlarına və yas tutan ailələrinə hörmət əlaməti olaraq musiqinin səsini almağı bildirmişlər. Lakin həmin vətəndaş yenə də öz əməlindən çəkinməmiş, bu səbəbdən onu 24-cü polis şöbəsinə dəvət etdikdə onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və onlara qarşı əl-qol atmağa başlamışdır. Tərəflərindən həmin şəxs xidməti avtomobilə əyləşdirilərək 24-cü polis şöbəsinə gətirilmiş, orada həmin şəxsin Şəxs olduğu müəyyən olunmuş və barəsində protokol tərtib edilmişdir. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o səhərlər 04 radələrində yaşadığı Sabirabad rayonundan müxtəlif növ meyvə -tərəvəz gətirib, Nizami rayonunda yerləşən 8-ci km bazarında satmaqla ailəsini dolandırmaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında 8-ci km bazarının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq şəhidlərin olması ilə əlaqədar musiqinin səsinin alınmasını bildirilmiş, o da musiqinin səsini dərhal almışdır. Buna baxmayaraq polis əməkdaşı onunla kobud davranaraq onu təhqir etmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Lakin onun tərəfindən polisə hər hansısa tabesizlik göstərilməmişdir. Buna baxmayaraq polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və orada barəsində protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsaslanaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Bunu nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş ifadələr və raport ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 21:20 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar