Məhkəmə qərarları › İş №3(007)-4925/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4925/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4925/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. 24 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi və protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ 23-cü PB-si Şəxs məhkəmədə iştirakını real olaraq təmin etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib olunmuş 24 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və sənədlər Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bolməsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar