Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4929/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1988-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510, 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs X13 və Şəxs “Fort Beer” restoranına qonaq qismində gəlmiş, onları dəvət edən şəxs tərəfindən hesab ödənilməmiş və nəticədə narazılıq yaranmışdır. Bunun nəticəsində tərəflərindən səs-küy salınmış, nalayiq ifadələr işlədilməmiş, polis əməkdaşlarına qarşı tabesizlik göstərilmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Baş verənlərə əsasən şəxs barəsində inzibati xəta haqqında qeyd olunan protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, evlidir və üç azyaşlı övladı vardır. Qarabağ Müharibəsi iştirakçısıdır. Dostları tərəfindən Rauf ilə birgə “FortBeer” restoranına getmişlər, Bundan sonra hesab ödənilməsi üçün restoran sahibi ilə aralarında mübahisə baş vermişdir. Hazırda dəymiş ziyan tərəflərindən ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Onun tərəfdən polis əməkdaşına qarşı hər hansısa tabesizlik və ya ictimai qaydanin pozulması hallarına yol verilməmişdir. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X1 Rauf Elman oğlunun evli olmasını, himayəsində üç azyaşlı övladının olmasını, Qarabağ Müharibəsi iştirakçısı olmasını, iki medal almasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2024-cü tarixdə saat 23:35-də inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs Vətən Müharibəsi iştirakçısı olmuşdur. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, vətəndaşın İXM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi hallarının müəyyən edilməsi məhkəmə iclası zamanı mümkün olmamışdır. Həmçinin protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, protokol tərtib etmiş orqan tərəfindən protokoldan başqa hər hansısa sübutun məhkəməyə təqdim edilməməsinə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkib əlaməti olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X7 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4929/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4929/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver