Məhkəmə qərarları › İş №3(007)-4947/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4947/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4947/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1rəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, "xxxx" MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamışdır. Bununla da o, İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 18 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqana məhkəmə iclasının vaxt və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X3 məhkəmə iclasında çıxış edərək direktoru olduğu MMC-nin 2023-cü ildən etibarən kiçik sahibkarlıq subyekti olduğunu qeyd etmiş və audit yoxlamasının aparılmasından azad olunduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən "xxxx" MMC 2022-ci ilin göstəricilərinə əsasən iri və orta sahibkarlıq subyektlərinin bölgüsü meyarına uyğun gələn hüquqi şəxs kimi siyahıya alınmışdır. Həmçinin hüquqi şəxsin məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı məhkəmə İXM-nin 38.1-ci maddəsinə əsasən vurğulayır ki, qeyd olunan inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti qanunvericiliklə 1 il müəyyən edildiyindən hazırkı iş üzrə müddət ötürülməmiş hesab olunur. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən 18 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar