Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4949/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan Şəxs1 MMC barəsində İXM-nin 347-ci maddəsi ilə Nizami rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Ənvər Ənvərli məhkəməyə ərizə ünvanlayaraq, "xxxx" MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi, ev 11/31, Babək Plaza olduğunu bildirərək inzibati işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarına əsasən (Vergilər Nazirliyinin internet saytından çıxarış) hüquqi şəxs olan Şəxs1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi, ev 11/31, ünvan 3ərtəbə kimi göstərilib. Ona görə də inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Buna görə də hazırkı protokola inzibati xətanın törədildiyi həmin yer üzrə rayon məhkəməsində baxılmalıdır. Yəni protokolda göstərilən həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, bu cür inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Belə ki, Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İXM-in 112.4-cü maddəsinə əsasən, hakim inzibati xəta haqqında işə baxarkən bu məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs1 MMC barəsində İXM-nin 347-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4949/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4949/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver