Məhkəmə qərarları › İş №3(007)-4955/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4955/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4955/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi-prokuror köməkçisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 7-da qeydiyyatda olan, "xxxx" ASC-də növbə ustası vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorunun 24 oktyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs Şəxs “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 1.2 bəndinin və "xxxx" ASC-də “Ustanın vəzifə təlimatı”nın 2.1 və 2.2-ci bəndlərinin tələblərinə uyğun olaraq “Bakı İnşaat Sənaye" ASC-də usta vəzifəsində işləyən zaman ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində iş yerinin vəziyyətinin, təhlükəsizlik tələblərinə cavab verməsini, işin təhlükəsizliyini təmin edən avadanlıqların, alətlərin və digər qurğuların yoxlanılmasını mütəmadi olaraq həyata keçirib aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görməli olduğu halda bunları etməməsi nəticəsində xx.xx.2024-cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metaltökmə sahəsində poladəridən vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş prosesi zamanı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs və barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatları, məhkəmə-tibbi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri ilə sübut olunur. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2020-ci ildən “ünvan 3 ünvanında yerləşən metal əritmə zavodunun fasonlu hissələrin metaltökmə sahəsində polad əridən ustası vəzifəsində işləyir. İşə götürülərkən işə götürən tərəfindən onunla əmək müqaviləsi bağlanılmış, ona vəzifə təlimatı izah edilmiş, hüquq və vəzifələri ona aydın olmuşdur. İşə götürüldükdə təhlükəsizliklə əlaqədar bütün təlimatlar ona keçirilmiş, zəruri fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Vəzifəsi zavoda kənardan gətirilmiş metalların sobalarda ərintisini təşkil etməkdən, daha sonra ərinmiş metalı süzməkdən ibarətdir. Ərinmiş metalı qəliblərə süzdükdən sonra həmin qəliblərdə müxtəlif formalı metallar hazırlanır. Növbəli iş rejimində gecə saatlarında işlədiyi üçün xx.xx.2024-cü il tarixdə saat 03 radələrində ərinməli metalları əritmə sobasına atmışdır. Sobada alov olmuşdur. Metalları sobaya növbə ilə atmışdır. Metallardan birini həmin sobaya atdıqda, qəfil sobanın içərisində az miqdarda metal ərintisi sıçrayışla çıxıb ayağında olan botinkanın içərisinə tökülmüşdür. Ayağında geydiyi botinkanın içərisinə düşən metal ərintiləri hər iki ayağını yandırmağa başlamış və o, tez botinkalarını ayağından çıxarmışdır. Daha sonra orada olan işçilər və rəhbərlik tərəfindən xəstəxanaya çatdırılmışdır. Baş vermiş hadisə zamanı ona rəhbərlik edən, təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxs növbə rəisi Şəxs olmuşdur. Araşdırma zamanı barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2016-cı ildən “ünvan 3 ünvanında yerləşən metal əritmə zavodunun fasonlu hissələrin metaltökmə sahəsində növbə ustası vəzifəsində işləyir. Vəzifəsi zavodda olan briqada üzvlərinin intizamına, təhlükəsizlik texnikası üzrə təlimatlara riayət etmələrinə, əmək şəraitinin vəziyyətinə daim nəzarət etməkdən, mütəmadi olaraq iş yerlərinin vəziyyətini, avadanlıqları, mexanizmlərin, tərtibatların və alətlərin düzgün istismarını yoxlamaqdan, iş yerlərinin normal olmasına, təhlükəli iş ərazilərinə, çəpərlənmə və mühafizə qaydalarına, kollektiv və fərdi xilasedici vasitələrin, avtomatik nəzarət və siqnalizasiya qurğularının sazlığına, işçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etmələrinə və tətbiqinə nəzarət etməkdən və s. ibarətdir. Tabeçiliyində çalışan poladəridən vəzifəsində işləyən Zərərçəkmiş şəxs vəzifəsi zavoda kənardan gətirilmiş metalların sobalarda ərintisini təşkil etməkdən, daha sonra ərinmiş metalı süzməkdən ibarətdir. Zərərçəkmiş şəxs ərinmiş metalı qəliblərə süzdükdən sonra həmin qəliblərdə müxtəlif formalı metallar hazırlanır. Növbəli iş rejimində gecə saatlarında işlədikləri üçün Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 03 radələrində ərinməli metalları əritmə sobasına atmış, sobada alov olmuşdur. Zərərçəkmiş şəxs metalları sobaya növbə ilə atmış, metallardan birini həmin sobaya atdıqda, qəfil sobanın içərisində az miqdarda metal ərintisi sıçrayışla çıxıb Zərərçəkmiş şəxs ayağında olan botinkanın içərisinə tökülmüşdür. Zərərçəkmiş şəxs ayağında geydiyi botinkanın içərisinə düşən metal ərintiləri hər iki ayağını yandırmağa başlamış və sonuncu tez botinkalarını ayağından çıxarmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metal tökmə sahəsidir. Həmin sahənin bir neçə istiqamətdən girişi vardır. Baxış iştirakçısı X5 bildirmişdir ki, hadisə metaləritmə sobasında baş vermişdir. Sobanın içərisində müxtəlif ölçülü tullantı metalın yandırılması prosesi gedir. Sahədə usta işləyən Zərərçəkmiş şəxs həmin sobaya yandırılması üçün dəmir metalı atdıqda sobanın içərisindən püskürmüş metal ərintisi Zərərçəkmiş şəxs botinkalarına düşmüş, sonuncu hər iki ayağından yanıq xəsarətləri almışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 850 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş hər iki ayaq pəncəsinin ll-lll dərəcəli termiki yanığı olmuşdur. Qeyd olunan xəsarətlər yüksək hərarətə malik maddənin (ola bilsin qaynar metal) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7444 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində əritmə sobasının konstruksiyasında nəzərdə tutulmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu vasitələrin tətbiqinin təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”nün 1.2 bəndinin və "xxxx" ASC-də “Ustanın vəzifə təlimatı”nın 2.1, 2.2 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində iş yerinin vəziyyətinin, təhlükəsizlik tələblərinə cavab verməsini, işin təhlükəsizliyini təmin edən avadanlıqların, alətlərin və digər qurğuların yoxlanılmasını mütəmadi olaraq həyata keçirib, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görmədiyinə görə, "xxxx" ASC zavodunda növbə ustası işləyən Şəxs tərəfindən vəzifə təlimatının 2.1, 2.2 bəndlərinin və “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”nün 1.2 bəndinin tələbləri pozulmuşdur. Aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixdə saat 03 radələrində "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metaltökmə sahəsində işləyən Zərərçəkmiş şəxs iş prosesi zamanı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri alması faktı üzrə əməldə cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, vəzifəli şəxs Şəxs xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" ASC-də usta vəzifəsində işləyən, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi - prokuror köməkçisi X3 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 2016-cı ildən "xxxx" ASC-də növbə ustası işləyir. İşə başlayanlara təlimat keçir, təhlükəsizlik barəsində məlumat verir, avadanlıqla necə davranmaq lazım olduğunu öyrədir, səhhətlərində problem olanda işə buraxmır. Həmin hadisədən əvvəlki və sonrakı günlərdə problemləri olmamışdır. O, həmin şirkətdə vəzifəli şəxs deyildir. Fəhləni işlədən odur, usta işləyir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, 2020-ci ildən həmin şirkətdə polad əridən usta olaraq işləyir. Hadisə 27 avqust 2024-cü il tarixdə, gecə saat 3 radələrində baş vermişdir. Metal atarkən əlində titrəmə olmuşdur. Bu səbəbdən dəmir sıçramış və ayağına düşmüşdür. O, şikayətçi deyildir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar