Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-496/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 barəsində Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş olduğu şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN E T D İ: Daxil olmuş şikayətdən görünür ki, X2 yaşadığı evin damında əlavə tikinti apardığına görə Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən 500 manat məbləğində inzibati qaydada cərimə olunduğunu qeyd edərək, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, mübahisələndirilən qərarı şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Odur ki, X1 barəsində Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş olduğu şikayət və sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: X1 barəsində Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş olduğu şikayət və sənədlər geri qaytarılsın. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-496/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-496/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver