Məhkəmə qərarları › İş №3(007)-4975/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4975/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4975/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X2, Bakı şəhər Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.2002-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən X7 barəsində İXM-in 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ DYPŞ-nin inzibati binasında səs-küy salaraq, iş rejimini pozmuşdur. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Protokol tərtib etmiş şəxs 25-ci PŞ-nin sahə rəisi, polis mayoru X4 izahatında bildirdi ki, Şəxs və X7 xx.xx.2023-cü il tarixdə Nizami RPİ DYPŞ-nin inzibati binasında səsküy salaraq, iş rejimini pozmuş, daha sonra polis əməkdaşları tərəfindən 25-ci PŞ-nə gətirilmişlər. Burada raportla məruzə edildikdən sonra tərəfindən xx.xx.2023-cü il tarixdə MN № ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, tanışı Emil Cəfərov xx.xx.2023-cü il tarixdə Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, avtoxuliqanlıq etdiyi ona bildirilmiş, o bununla razılaşmamış, qeyd olunan səbəbdən Nizami RPİ DYPŞ-nin inzibati binasına daxil olmuşlar, daha sonra 902 ilə əlaqə saxlayaraq baş vermiş hadisəni bildirmişlər. Bir müddət sonra onlar barəsində tutma barədə protokol tərtib olunacağı bildirilmiş, lakin onlar tərəfindən hər hansısa pozuntu hallarına yol verilməmiş, əksinə polis əməkdaşları heç bir əsas olmadan səs tonunu qaldırmış, onlarla kobud rəftar etmişdir. Daha sonra polis əməkdaşlarını tələbinə tabe olaraq onlarla birlikdə 25-ci Polis Şöbəsinə getmişlər, polis şöbəsində olarkən də təqsirsiz olduğunu, polis əməkdaşlarına qarşı hörmətsizlik etmədiyini, ictimai qaydanı pozmadıqlarını bildirsə də barəsində əsassız olaraq İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Nizami RPİ-nin DYPŞ-nin YPX-nın inspektorları tərəfindən Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin ünvanına tərtib etdikləri raportda göstərilir ki, KİA markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 xx.xx.2023-cü il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektində saxlanılmış, sürücü barəsində sənədləşmə aparılan zaman X11 və onun tanışı Şəxs səs-küy salaraq şöbənin iş rejimi pozmuş, polis əməkdaşlarına qarşı qeyri etik davranmışdır. Qeyd olunan səbəbdən sürücü və onun tanışı Şəxs polis şöbəsinə təmin edilmişlər. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı protokola əsasən Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inibati xəta törədilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyib və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinin məzmunundan görünür ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, inzibati xətanın törədilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs zaldan dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar