Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4981/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə barəsində şikayət verilmiş inzibati xəta haqqında iş üzrə qərarın surəti iş materiallarına əlavə edilməmiş, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə sənədlər natamam olduğundan şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qərarın surətinin alınması üçün şikayətçi özü səlahiyyətli orqana (vəzifəli şəxsə) dəfələrlə müraciət etməsini, lakin qərarın surətinin ona verilməsindən imtina edilməsini bildirsə də, bu barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Şikayətçi özü qərarın surətinin alınması üçün həmin səlahiyyətli orqana müraciət etməli, qərarın surətini aldıqdan sonra, məhkəməyə həmin qərardan şikayət verə bilər. Əgər səlahiyyətli orqan qərarın surətinin şikayətçiyə verilməsindən imtina edərsə, şikayətçi yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Bu halda, şikayətçi bunu təsdiq edən sübutlarını şikayətə əlavə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdə barəsində şikayət verilən qərar mövcud olmadığından, sənədlər natamam olduğundan şikayət geri qaytarılmalı, şikayətçiyə qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqları aradan qaldırıldıqdan sonra yenidən qərardan şikayətlə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra qərardan aidiyyəti məhkəməyə yenidən şikayət verilə bilər. Qərardaddan şikayət və ya prosest verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4981/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4981/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver