Məhkəmə qərarları › İş №3(007)-5003/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5003/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5003/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 10 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindən üzü İcra Hakimiyyəti istiqamətində Şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “MOON AF50” markalı mopedlə hərəkət edən Zərərçəkmiş şəxs vuraraq yüngül bədən xəsarəti yetirmişdir. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Ənvər Məlikovun 23 oktyabr 2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, avtomobili ilə dönən zaman zərərçəkmiş şəxsə dəymiş və nəticədə o da yıxılmışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməyi təklif etsə də, o buna razılıq verməmiş, qəza nəticəsində zədələnmiş mopedin yenisinin alınmasını tələb etmişdir. Həmçinin baş vermiş qəza nəticəsində zərərçəkmiş şəxsin telefonu da zədələnmişdir ki, bu hissədə ona dəymiş zərər ödənilmişdir. Bunlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı ona 1200 manat ziyan dəymişdir. Şəxs ona mopedin təmir etməsini təklif etmiş, lakin o hesab edir ki, həmin mopedin təmir edilməsi yenisinin alınmasından baha başa gələcəkdir, bu səbəbdən yeni mopedin alınmasını tələb edir. Qeyd olunanların nəzərə alaraq şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 937 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs aşkar olunmuş hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək oynağının arxa bayır səthinin şişkinlik halında əzilməsi, sağ ayağın iç topuq nahiyəsinin şişkinlik halında əzilməsi və sırığı, sağ baldırın ön səthinin, sağ baldırın arxa səthinin, sol diz nahiyəsinin sırıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində alınması mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli 937 saylı ekspert rəyi, Nizami RPİ təhqiqat şöbəsinin təhqiqatçısı Kənan Əliyevin 06 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, onunla barışması, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Əməli törətmiş şəxsin vurulmuş zərəri qismən ödəməsini, zərəçəkmiş şəxslə barışığın əldə olunmasına cəhd etməsini məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, dəymiş zərər ilə bağlı mülki qaydada iddia ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar