Məhkəmə qərarları › İş №3(007)-5009/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5009/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5009/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 5/7, mənzil 83-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ev 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs 18 oktyabr 2024-cü il tarixdə saat 00:13-də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində “Haval H6 HEV minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokol üzrə yazılı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının “X1”nin “X3”ində toplam 15 il travmatoloq-ortoped ixtisası üzrə tibb təhsili almışdır. Uzun müddət “Gülhane Eğitim ve Araştırma Hastanesi”ində ixtisası üzrə çalışmışdır. 44 günlük Vətən müharibəsi dövründə tibb xidməti kapitanı olaraq Azərbaycandakı hərbi hospitallarda ixtisası üzrə 1000-dən artıq yaralı hərbi qulluqçumuza tibbi yardım göstərmiş, 300-dən əməliyyat etmişdir. Bununla bağlı “Vətənə Xidmətə görə” ordeni ilə mükafatlandırılmışdır. Ehtiyatda olan kapitandır. X2 travmatoloq-ortoped ixtisası üzrə həkim işləyir. xx.xx.2024-cü il tarixində xəstə olduğundan və boğazı ağrıdığından işdən çıxarkən X4rqara dərmanından istifadə etmiş və özünə məxsus Haval markalı, 77DR228 dövlət nömrə nişanlı avtomobilllə Mərdəkanda yaşadığı evinə getmək üçün yola çıxmışdır. Qara Qarayev m/s-dan körpü üzərindən enəkən Yol Patrul Xidmətinin apardığı reyd zamanı hamı kimi ona da “Saxla!” əmri verilmişdir. Əmrə tabe olaraq avtomobilini saxlamışdır. YPX əməkdaşı sənədlərini yoxlayaraq, spirtli içki qəbul edib-etmədiyini soruşmuşdur. O, heç bir spirtli içki qəbul etmədiyini bildirmişdir. YPX əməkdaşı nə üçün ağzından spirt iyinin gəldiyini soruşduqda xəstə olduğunu və işdən çıxarkən dərmanla qarqara etdiyini bildirmişdir. Buna baxmayaraq YPX əməkdaşı sərxoşluğun müəyyən edilməsi üçün ixtisaslaşmış tibb müəssisəsinə getməli olduqlarını bildirmişdir. Spirtli içki qəbul etmədiyindən etiraz etmədən YPX əməkdaşı ilə birlikdə “Respublika Narkoloji Mərkəz” PHŞ-yə getmişdir. Orada xüsusi cihaza üfürməyi tələb edilmiş, o da buna etiraz edərək qandan nümunənin götürülməsini tələb etmişdir. Orada bir daha bildirmişdir ki, xəstə olduğundan və boğazı ağrıdığından işdən çıxarkən X4rqara dərmanından istifadə etmişdir, bu səbəbdən nəfəsindən spirt iyi gəlsə də qanda hər hansı spirt ola bilməz. Buna baxmayaraq müayinə edən həkim qandan nümunənin götürülməsinin, müayinənin aparılmasının mümkün olmadığını bildirmiş, qandan nümunənin götürülərək müayinə aparılmasından imtina etmiş və nəfəsdən alınan nümunə əsasında yüngül sərxoşluq dərəcəsi barədə akt tərtib etmişdir. Həmin gün avtomobili duracağa yerləşdirilmiş və sonda sənədləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Tələb etməyinə baxmayaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və müayinə aktının surəti ona təqdim edilməmişdir. Bir daha bildirir ki, xx.xx.2024-cü ildə heç bir spirtli içki qəbul etməmişdir və bu fakt qandan götürülən nümunə əsasında asanlıqla müəyyən edilə biləcəyi halda əsassız olaraq bundan imtina edilib. O, ümumiyyətlə spirtli içki sevmədiyindən, tez-tez gecə saatlarında işlədiyi tibb müəssisəsinə təcili əməliyyata alınmalı olan xəstələr daxil olduğundan gecə ilə işə çağırılaraq əməliyyata girməli olduğundan spirtli içki yalnız məzuniyyət günlərində qəbul edir. Bu səbəbdən heç vaxt bu əsasla inzibati məsuliyyətə cəlb edilməmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almağı xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı ərizəsində göstərilən məzmunda izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, onu alkotestrlə yoxlamışlar, içki içmədiyi halda nəticə içkili olduğunu göstərmişdir. Narkoloji mərkəzdə qanından nümunə götürməmiş, onlar da alkotestrlə yoxlamışlar. O, yola çıxmazdan əvvəl qarqara etmişdir, çox güman ki, o səbəbdən müayinə zamanı içkili olması göstərilmişdir. Yol polisi demişdir ki, içki içmişdir, yanaqları qızarmışdır, hansı ki, onun yanaqları indi də qızarmışdır. Sonradan baxmışdır ki, qarqaranın tərkibində spirt olmuşdur, çox güman ki, ondan əmələ gəlmişdir. O, qarqara etdiyi maddəni içməmişdir. Onun içkili halda nəqliyyat vasitəsini idarə etmədiyini nəzərə alaraq, ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 18 oktyabr 2024-cü il tarixli 2/57541 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:10-da keçirilən müayinəsi zamanı onun “yüngül dərəcəli alkoqol sərxoşluğu” (0,427%) müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində tibbi müayinə zamanı müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar