Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5011/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 13 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 23285.36 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 02 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 03 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Şəxs MMC ilə “X1 GmbH” şirkəti arasında bağlanan xx.xx.2016-cı il tarixli 1802AZ nömrəli müqavilə mövcuddur. Həmin müqavilə əsasında dərman məhsullarının alınması məqsədilə 23285.36 ABŞ dolları məbləğində vəsait xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş və həmin köçürülmə əsasında iş materiallarına əlavə etdikləri xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən dərman məhsulları ölkə ərazisinə idxal edilmişdir. Beləliklə, tərəflərindən ödənilən 23285.36 ABŞ dolları məbləğində vəsait üzrə dərman məhsulları 2 il keçmədən, yəni xarici valyutanın keçirilmə tarixindən 6-cı ayının 12-ci günündə ölkə ərazisinə idxal olunduğundan Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə inzibati xəta dair fakt mövcud olmamışdır. Belə ki, həmin maddənin tövsifinə görə inzibati xəta məhz avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə yaranır. İndiki vəziyyətdə isə belə bir hüquq pozuntunun mövcud olmaması ona dəlalət edir ki, məhkəmə tərəfindən inzibati xətaya dair işə Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olmaması səbəbilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə birlikdə Nizami Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2016-cı il tarixli 1802AZ nömrəli müqaviləyə istinadən “X1 GmbH” şirkətinə dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli order sənədinin bütün hüquqi qeydlərinin həmin şirkətin iş materiallarına əlavə etdikləri xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoys sənədində də öz əksini tapmışdır. Məhz xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin valyuta və malların ümumi invoys dəyəri barədə 22-ci xanasında 840 kod altında invoys dəyərinin 23285.36 ABŞ dolları kimi qeyd edilməsi, eləcə də təqdim olunan sənədlər barədə 44-cü xanasında 8001 kod altında xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoys sənədi üzrə hüquqi faktların qeyd edilməsi də bir daha onu sübut edir ki, cəmiyyətlə “X1 GmbH” şirkəti arasında bağlanan xx.xx.2016-cı il tarixli 1802AZ nömrəli müqavilə əsasında dərman məhsullarının alınması məqsədilə 23285.36 ABŞ dolları məbləğində vəsait xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş və həmin köçürülmə əsasında xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən heç 2 il keçmədən, yəni xarici valyutanın köçürülmə tarixindən 6cı ayının 12-ci gündə tərəflərindən alınan dərman məhsulları ölkə ərazisinə daxil olmuşdur. Bu hüquqi faktın hələ cari ilin avqust ayında bank tərəfindən Mərkəzi Banka bəyan edilməsinə dair müraciət etsələr də sırf texniki cəhətdən bunun həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, “X1 GmbH” şirkətinin adı gömrük bəyannaməsində tam əks oluna bilmədiyindən və bu səbəbdən bank həmin adı görə bilmədiyindən bəyan edə bilməmişdir. Belə ki, bu texniki problemin səbəbi ondan ibarətdir ki, gömrük bəyannaməsində 2-ci xanada göndərən şirkət barədə məlumatlar daxil edilərkən “Meda Pharmaceuticals” şirkətinin adı onun ünvanı qeyd ediləndən sonra yazılır. Bu prosedur üzrə tələb məhz həmin şirkətin iş materiallarına əlavə etdikləri ***-**** 3794 saylı yol sənədindən (Air Waybill) irəli gəlir ki, həmin sənədin də məhz göndərən şirkətin adı və ünvanı qrafasında “X5 “Bıokon” 9 Borıspılska Street 08320, Kıevska Area, Borıspılskıy Regıon V. Oleksandrıvka Vıllage, For X2 Gmbh” kimi qeyd edilməsidir. Belə ki, buradan da aydın şəkildə görünür ki, “X2 Gmbh” yazısı cümlənin ən son hissəsinə düşür. Eynilə ***- **** 3794 saylı yol sənəddəki (Air Waybill) formada da xx.xx.2022-ci il tarixdə gömrük bəyannaməsinin 2-ci xanasında göndərən şirkətin adının qeyd edilməsi, son söz kimi “Meda” kəlməsindən sonra “X3” yazısının əlavə edilə bilməməsilə nəticələnmişdir ki, bunun da baş verməsi sırf texniki cəhətdən gömrük bəyannaməsinin müvafiq xanasında yerin olmaması ilə əlaqədardır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, tərəflərindən ödənilən 23285.36 ABŞ dolları məbləğində vəsait üzrə dərman məhsullarının ölkə ərazisinə vaxtında daxil olmasına dair hüquqi faktın öz təsdiqinin tapması, eləcə də bank tərəfindən köçürülmə üzrə məhsulların ölkəyə daxil olması faktının sırf texniki səbəbdən bəyan edilə bilməməsi əsasları mövcud olduğundan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tələblərinə tam riayət edilmişdir ki, bu da İXM-nin 53.1.1-ci maddəsi üzrə heç bir inzibati xəta hadisəsinin olmaması dəlalətinə gəlir. Göstərilənlərə əsasən Nizami Rayon Məhkəməsinin icraatında olan 3(007)- 5011/2023 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 yazılı etirazın dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verməklə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 02 sentyabr 2021-ci il tarixdə 23285.36 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X8 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla (gömrük bəyannaməsi və digər sənədlər) müəyyən edilmişdir ki, Şəxs MMC 23285.36 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 02 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində, 14 mart 2022-ci il tarixdə həmin pul vəsaiti hesabına alınan mallar da ölkəyə gətirilmişdir, hansı ki bu, gömrük bəyannaməsində öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5011/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5011/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver