Məhkəmə qərarları › İş №3(007)-5030/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5030/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5030/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Starə Vidadil qızı, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində eyni orqan tərəfindən tərtib olunaraq, baxılması üçün eyni vaxtda, xx.xx.2024cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində eyni orqan tərəfindən tərtib olunaraq eyni vaxtda baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, 22009645 nömrəli və Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(007)-5030/2024 nömrəli və 3(007)-5029/2024 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(007)-5029/2024 nömrəsi saxlanılsın. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar