Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5042/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xanlarova Züleyxa Ramis qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli TTİ-nin yataqxanası, R.Abdullayev küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 22 sentyabr 2023-cü il tarixdə saat 06:50 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 183 ünvanının yaxınlığındakı yolla orta məktəbə gedən xx xxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs guya gedəcəyi ünvanı, yolu soruşmaq adı ilə ona müraciət etdikdən sonra, onu idarə etdiyi avtomobilinə mindirməyə təkid etmiş, bununla da azyaşlı Zərərçəkmiş şəxs narahatçılığına səbəb olub ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə saat 06:50 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 183 ünvanının yaxınlığında idarə etdiyi avtomobillə hərəkətdə olarkən svetaforda dayanmış, yolun kənarı ilə gedən, sonradan adının Nuriyyə olduğunu bildiyi qızı görüb ondan 12 nömrəli məktəbin yerini soruşmuş, Nuriyyə həmin məktəbin Qara Qarayevdə yerləşdiyini demişdir. Öz qızı yadına düşdüyünə görə tələsirsə onu getdiyi yerə öz avtomobili ilə apara biləcəyini Nuriyyəyə demişdir. O, namaz qılan adamdır, deyilənlər cəfəngiyyatdır, qızı narahat edəcək hərəkətlər etməmişdir. İzahatının sonunda isə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan atasından hallallıq istədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə izahatında göstərmişdir ki, xx xxx 2009-cu il təvəllüdlü zərərçəkmiş Zərərçəkmiş şəxs onun qızıdır. Nuriyyə 22 sentyabr 2023-cü il tarixdə saat 06:40 radələrində orta məktəbə getmək üçün evdən çıxmış, “Koroğlu” metrosu istiqamətində gedərkən, təxminən saat 06:50 radələrində Nizami rayonu, H.Əliyev prospekti, 183 ünvanının yaxınlığındakı svetaforda bir avtomobil saxlamış, sürücü yol soruşmaq bəhanəsi ilə onu çağıraraq müxtəlif suallar vermiş, sonra Nuriyyəni avtomobilinə mindirməyə cəhd etmişdir. Sürücü Rusiyadan gəldiyini, buraları tanımadığını, “Qara Qarayev” metrosu tərəfə getmək istədiyini deyəndə Nuriyyə yolu tanımadığını bildirmiş, sonra sürücü “Koroğlu” metrosunu soruşanda isə Nuriyyə artıq metronu keçdiyini demişdir. Bu zaman sürücü həmin metroya tərəf getmələri üçün Nuriyyəyə təkid etmişdir ki, onun avtomobilinə otursun. Nuriyyə bu hərəkətlərdən narahat olaraq həmin ərazidən uzaqlaşmışdır. O, bu barədə məlumat alandan sonra DİN-in 102 xidmətinə məlumat, 23cü polis bölməsinə şikayət ərizəsi vermiş, qızının verdiyi əlamətlərə uyğun olaraq Təhlükəsiz Şəhər Kameraları vasitəsi ilə avtomobil və onun sürücüsü müəyyən edilərək tapılmışdır. Sürücü Şəxs izahatında onun qızından yalnız yolu soruşduğunu bildirir, hansı ki, həmin ərazidə səhər vaxtı işə gedən, dayanacaqda dayanan çoxsaylı insanlar olur, həmin şəxs onun azyaşlı qızından deyil, həmin şəxslərdən yolu soruşmalı idi. Yolu soruşarkən isə israrla qızını avtomobilinə mindirməyə cəhd göstərmiş, bu hərəkətləri ilə qızının ciddi narahatçılığına səbəb olmuşdur. Hesab edir ki, Şəxs onun azyaşlı qızına qarşı xuliqanlıq hərəkətlərinə yol vermişdir. Onun barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 28 sentyabr 2023-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 28 sentyabr 2023-cü il saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5042/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5042/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver