Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5048/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/3332 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki tədqiqata təqdim edilmiş “vətəndaş Şəxs üzərindən aşkar edilmiş kütlə ..4) (imza) yazıları olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,162 qram maddəninn tərkibində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, nəzarət edilən narkotik vasitələr, psixotrop və güclü təsir edən, habelə zəhərli maddələr müəyyən edilməmişdir. Göründüyü kimi 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə inzibati məsuliyyətə səbəb olur. Lakin ekspertiza rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş maddəninn tərkibində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, nəzarət edilən narkotik vasitələr, psixotrop və güclü təsir edən, habelə zəhərli maddələr müəyyən edilməmişdir. Buna baxmayaraq inzibati xəta haqqında protokolda Şəxs üzərindən narkotik maddə aşkar edildiyi qeyd edilmiş, həmçinin Şəxs narkotik vasitə istifadə etməsi barədə protokolda qeyd aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 109 və 118-сi maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5048/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5048/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver