Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5056/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3, zərərçəkmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 05 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş X1 122 manat məbləğində pulunu oğurlamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə X6 DİN-in “102” mərkəzi zəng xidmətinə telefonla və həmin tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə, saat təxminən 03:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 120 ünvanının yaxınlığında olan zaman avtomobilinə sərnişin qismində əyləşmiş naməlum şəxsin onun gödəkçəsinin sağ yan cibindən 3700 manat pulunu oğlurlaması barədə məlumat vermişdir. Ərizə üzrə əvvəl 24cü polis şöbəsində, daha sonra Nizami RPİ-nin istintaq şöbəsində araşdırma aparılmış, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 02:30 radələrində sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü X4 məxsus 122 manat pulu gizli olaraq talamışdır, hansı ki, bu, əməldə cinayətinin tərkib əlamətinin olmaması demək olmuş, Şəxs əməlində yalnız inzibati xəta tərkibi vardır. Nizami RPİ-nin istintaq şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən onun barəsində material üzrə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərar Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmişdir. Nizami RPİ-nin istintaq şöbəsinin xx.xx.2024cü il tarixli 52/2-34602/24 nömrəli məktubu ilə qərar aidiyyəti hissədə icra olunması üçün 24-cü polis şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə polis sahə rəisinə həvalə edilmiş, həmin tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, xx.xx.2024cü il tarixdə isə yuxarıda qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, istintaq orqanının 14 iyul 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün bu barədə qərar və materiallar yalnız xx.xx.2024-cü il tarixdə, 2 ay 19 gün sonra aidiyyəti üzrə göndərilmiş, 24-cü polis şöbəsinin polis sahə rəisi tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında icraat başlanılmış, qanunla müəyyən edilmiş müddət başa çatdığı halda isə xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bu zaman İXM-nin 38.3-cü maddəsində müəyyən edildiyi kimi cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi nəzərə alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-5056/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5056/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver