Məhkəmə qərarları › İş №3(007)-5057/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5057/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5057/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, şikayətçi - X6, qərarı tərtib etmiş şəxs Xətai Rayon DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 iştirakları ilə, Şikayətçi – X6 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Xətai Rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP 687890 saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərara əsasən X8 İXM-nin 327.1-1ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:35 radələrində, Babək prospektində maşın bazarı istiqamətindən üzü şəhər istiqamətinə **-XX-*** dövlət qeydiyyat nişanı “BMW 320” markalı avtomobil ilə hərəkət edərkən, DYPX əməkdaşı tərəfindən saxlanılmış, barəsində İXM-nin 327.1-1-ci bəndinə əsasən TP6837890 saylı elektron protokol tərtib etmişdir. Həmin ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağ qırıq-qırıq xətlə nişanlanlanmışdır və belə olduğu təqdirdə sağa dönmə əməliyyatını həyata keçirmək üçün qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. DYPX əməkdaşına hansı əsasla onu saxladığını və videogörüntünü təqdim etməsini xahiş etmiş, lakin əməkdaş heç bir sübut təqdim etmədən bildirmişdir ki, inzibati xəta hadisəsini bilavasitə özü aşkar etmişdir. Həmçinin bildirdi ki, polis əməkdaşı Xətai DYPŞ-nin əməkdaşı olduğu halda, Nizami rayonu ərazisində onu saxlamış və barəsində protokol tərtib etmişdir. Qeyd olunanlara əsaslanaraq qərarın əsassız olduğunu və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı tərtib etmiş şəxs Xətai Rayon DYPŞ-nin YPX inspektoru, polis serjantı X7 bildirdi ki, “BMW 320” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 21:35 radələrində Babək prospekti ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmiş və bu səbəbdən də barəsində protokol tərtib edilmiş və qərar qəbul edilərək cərimə tətbiq edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP 687890 saylı qərarına əsasən X8 xx.xx.2024-cü il tarixdə saat 21:35 radələrində Bakı şəhəri, Babək prospektində İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tərəfindən əldə edilmiş və iş materiallarına əlavə edilmiş videomateriala baxış keçirərkən “BMW 320” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 21:35 radələrində Babək prospekti ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 xx.xx.2024-cü il tarixli TP 687890 saylı qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar