Məhkəmə qərarları › İş №3(007)-5058/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5058/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5058/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 sentyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 25 sentyabr 2024-cü il tarixdə Özbəkistan Respublikasından **********06759 nömrəli mal qeydiyyat kodu ilə 80W216VA/806486AA nömrəli avtomobil nəqliyyatı vasitəsi ilə idxal etdiyi "xxxx" yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 yazılı etirazla məhkəməyə müraciət etmiş, etirazını onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirak etməsi üçün ünvan 2 ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1700/2- 003165/2024 saylı məktub göndərilmişdir, lakin MMC-nin nümayəndəsi çağırış üzrə gəlməmiş və gəlməməsinin səbəbini də bildirməmişdir. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi üzrə hüququnu pozmuşdur və inzibati xəta törətmişdir, ona görə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Tələbin hüquqi əsası kimi rəsmiləşdirmə mərkəzinin baş inspektoru Ayaz Nəsrullayevin xx.xx.2024-cü il tarixli raportu, Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təqiqatçısı Əjdər Abasovun xx.xx.2024-cü il tarixli qərardadı və inzibati xəta haqqında xx.xx.2024-cü il 01400-07762/24 saylı protokolu, Azərbaycan Respublikası İXM-nin 113.1ci, 485.2-ci maddəsinə istinad etmişdir. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan və bütün sənədlərdə (raport və tədqiqat araşdırmalarda) “copy past” üsulu ilə təkrarlanan **********06759 nömrə malın deyil, malın sərhəd məntəqəsində qeydiyyata alınma nömrəsidir, malın kodu isə 250300 qeydiyyat nömrəlidir. Şəxs MMC-nin adından idxal olunan malların bütün sənədləşməsinin aparılması və qəbulu X3 etibar olunmuşdur. Şəxs MMC tərəfindən Özbəkistan Respublikasından 250300 qeydiyyat nömrəli mal kodu ilə 80W216VA/806486AA nömrəli avtomobil nəqliyyatı vasitəsi ilə "xxxx" idxal etdiyi doğrudur. Lakin xx.xx.2024-cü il tarxdə MMC-nin idxal etdiyi "xxxx" yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmaması doğru deyildir və hazırki tələbində haqsızdır. Şəxs MMC-nin nümayəndəsinin MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək üçün ünvan 2 ünvanına xx.xx.2024-cü il tarixidə 3-33-1700/2-003165/2024 saylı məktub onlara gəlməyib, bu səbəbdən icraat haqqında xəbərləri olmayıb. Buna baxmayaraq xx.xx.2024cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin baş inspektoru Ayaz Nəsrullayevin qəbulunda olmuşdur. Qəbula getmək onun öz təşəbbüsü olub və səbəbi onun iştirakı olmadan xx.xx.2024-cü il tarixdə Özbəkistan Respublikasından idxal etdiyi 250300 qeydiyyat nömrəli mal kodu ilə "xxxx" yükünü kim tərəfindən hara aparıldığının izahını tələb etmişdir, həmin vaxt Ayaz Nəsrullayev ona sənədləşmədə hər hansı problemin olduğunu və raport haqqında məlumat verməmişdir. Bundan başqa bildirdiyi iradın yekun nəticəsi haqqında məlumat almaq məqsədi ilə 055 *** ** ** saylı mobil nömrəsindən Ayaz Nəsrullayevin 055 *** ** ** saylı nömrəsinə xx.xx.2024-cü il tarixdə telefon əlaqəsi saxlamış, yenə də inzibati xəta haqqında raport verdiyini, araşdırma getdiyi barədə məlumat verməyib. X1 Bakı şəhərində deyil, Xaçmaz rayonu Nəsimi küçəsində yaşadığı barədə məlumat vermişdir (düz Xaçmaz Gömrük İdarəsinin yanında). Şəxs MMC-nin idxal etdiyi "xxxx" yükünə dair xx.xx.2024-cü il tarixli **********6357 saylı qısa idxal bəyannaməsi verilmişdir (tanış olmaq üçün QİB-nin surəti əlavə olunur), həmin tarixdə qısa idxal bəyannaməsinin dövlət rüsumları ödənmişdir (tanış olmaq üçün ödəniş qəbzlərinin surətləri əlavə olunur). xx.xx.2024-cü il tarixdə **********06759 qeydiyyat kodlu malın Xaçmaz Gömrük İdarəsi təyinat GO-na çatdığı barədə Şəxs MMC-nin elektron kabinetinə bildiriş daxil olmuşdur (tanış olmaq üçün MMC-nin elektron kabinetinə gələn bildirişin şəkli əlavə olunur). xx.xx.2024-cü il tarixdə **********4843 saylı Gömrük Bəyannaməsinin rəsmiləşdirilməsi başa çatdı. Mal buraxıldı (tanış olmaq üçün GB-nin surəti əlavə olunur). Göründüyü kimi, hazırda mübahisələndirilən **********6357 saylı qısa idxal bəyannaməsi verilmişdir, inzibati xəta törədilməmişdir. Ona görə də iş üzrə materiallara baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və inzibati tənbehin tətbiq edilməsinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS xəbərdarlıqla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında (16 noyabr 2024-cü il saat 11:50, 10 dekabr 2024-cü il saat 15:50, 17 dekabr 2024-cü il saat 15:00, 24 dekabr 2024-cü il saat 15:10) iştirak etməmişlər. Məhkəmə qeyd olunanları, o cümlədən hüquqi şəxsin direktorunun yazılı etiraz verməklə proses barədə məlumatlı olduğunu nəzərə alaraq, həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 sentyabr 2024-cü il tarixli raport, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarış və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Hüquqi şəxsin direktorunun yazılı etirazında göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən 25 sentyabr 2024-cü il tarixdə Özbəkistan Respublikasından **********06759 nömrəli mal qeydiyyat kodu ilə 80W216VA/806486AA nömrəli avtomobil nəqliyyatı vasitəsi ilə idxal edilən "xxxx" yükünə dair onun gömrük ərazisinə gətirilməsindən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmiş, həmin qısa idxal bəyannaməsi yalnız 27 sentyabr 2024-cü il tarixdə verilmiş, bununla da Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydaya əməl edilməmişdir ki, bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin təsiri altına düşməklə həmin maddədə müəyyən edilmiş inzibati xətanın törədilməsinə səbəb olmuşdur, ona görə irəli sürülən dəlillərin hüquqi əsası yoxdur. Məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar