Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5090/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, protokol tərtib edən şəxs – AR-sı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində AYNA-nin nümayəndəsi X2 və qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 AR-sı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində AYNA-nın AYN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 AR-sı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində AYNA-nın AYN ******* saylı xx.xx.2024 -cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi **-LC-*** dövlət qediyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında yolun sağ kənarında saxlamışdır. Bir gün sonra ona məxsus mobil nömrəyə sms gələrək, barəsində İXM-nin 346-1.3-cü maddəsi ilə cərimə tətbiq olunduğu bildirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, nəqliyyat vasitəsini əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində saxlamışdır. Şikayətində qeyd etmişdir ki, həmin işarənin ağacların arasında gizlədildiyindən sürücü tərəfindən görülməsi mümkün deyildir. Qeyd olunanlara əsalanaraq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən AYNA-nin nümayəndəsi X2 elektron qərarın qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Qeyd etdi ki, şəxs sağlamlıq imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş parklanma yerində özünə məxsus nəaliyyat vasitəsini saxlamışdır. Həmçinin qeyd etdi ki, bununla bağlı lövhə həm yolun sağ hissəsində asılmış, həmçinin yerdə də müvafiq nişanlar qoyulmuşdur. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş qərardan şikayət vermiş X3 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, hava qaranlıq olduğundan yerdəki nişanı görməmiş, yolun sağındakı lövhə isə ağacların arasında gizlədildiyindən açıq-aşkar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AYN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 346-1.3 maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X1 xx.xx.2024-cü il tarixdə qeyd olunan inzibati xətanı törətməsi məhkəməyə təqdim olunmuş fotomateriallarda da öz təsdiqini tapır. Belə ki, vətəndaş havanın qaranlıq olmasını və lövhənin açıq-aşkar görünmədiyini bildirsə də, hər iki tərəfin məhkəməyə təqdim etdiyi şəkillərə baxış keçikrlərkən həmin işarənin və lövhənin açıq-aşkar uzaq məsafədən belə göründüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346-1.3 maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə AYN ******* saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR-sı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində AYNA-nın AYN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5090/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5090/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver