Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5095/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş 06 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6960/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə olan 3900 manat borcunu hazırda ödəməmiş, məhkəmə qərarının icrasını təmin etməmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında material baxılması üçün məhkəmənin icraatına qəbul edilmiş, işin baxılması 06 noyabr 2024-cü il tarixə saat 16:15-ə təyin edilmişdir, icraat iştirakçılarının məhkəmə baxışında iştirak etmələri üçün müvafiq tədbirlər görülmüşdür. Lakin inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokolun tərtib olunmasına baxmayaraq, onun məhkəməyə şəxsən təqdim olunması təmin edilmədiyi üçün işə dərhal baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 103.2 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №3(007)-5095/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5095/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver